Həkim-terapevt
Şöbə: Tibb
Əmək funksiyası tələbləri:
- Həkim-terapevt tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir.
- Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir.
- Mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır.
- Stasionarda xəstəyə gündəlik baxış keçirir.
- Qonağın vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir.
- Müəssisənin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərir.
- Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.
- Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir. Orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak edir.
- Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir.
- Təcili və təxirəsalınmaz tibbi yardım göstərir.
- Növbədə olan zaman xəstələrlə maraqlanir,lazimi tədbirlər görür və qeydiyyat jurnalinda qeydiyyat aparır.
- Növbə zamanı qeydiyyatda olan, alternativ müalicə göturən ağır xəstələrin sağlıq durumu ilə maraqlanır.
- Hər növbə sonu, növbə zamanı olan çağırışlar barədə Baş həkimə məruzə edir.
- Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.
- Sanitar-maarifləndirmə işini aparır.
- Etik davranış qaydalarına riayət edir.
- Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra edir.
- Qonaqların rəy kartoçkalarındakı rəylərindən, qonaq məmnuniyyəti və xidmətdə yol verilən səhvlərin dəyərləndirilməsindən əldə edilən informasiyanı məlumatlandırıldıqda təqdib görür.
- Tibbi şöbədə qrafik üzrə keçirilən toplantılarda iştirak edir,
- Tələb edilərsə şirkətin fəaliyyətində və toplantılarında iştirak edir.
- Qonaqlarla ünsiyyətdə olur, ictimai fəaliyyətlərdə iştirak edir.
- Qonaqlarla ünsiyyətdə olur, ictimai fəaliyyətlərdə iştirak edir. Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
Tələblər:
- Tibb üzrə ali təhsil (sertifikatın olması mütləqdir).
- İş təcrübəsi: Müvafiq sahəsində ən azı 5 il iş təcrübəsi.
- Qonaqlar ilə peşəkar ünsiyyət qurma bacarığı;
- Peşəkar, işgüzar görünüş və təqdimat;
- Problemləri həll etmə bacarığı;
- Kompüter bilikləri: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
- Dil bilikləri: Azərbaycan dili – sərbəst, rus dili - yaxşı səviyyədə.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- Gündəlik qidalanma şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı ştat cədvəlinə uyğun olaraq təyin edilir;
- Könüllü tibbi sığorta təmin edilir.
- Əməkdaş yaşayış yeri ilə təmin edilir;
- İş yeri: Naftalan şəhəri, Garabagh Resort&Spa Naftalan Hotel.