ARI Global

Şirkət haqqında:
“ARI” Global 2010-cu ildən fəaliyyət göstərən Beynəlxalq Dil və İmtahan Mərkəzinin (BDM) təcrübəsi əsasında yaradılıb. Mərkəz müraciətçinin xarici universitet seçimində, sənədləşmə və viza alınması prosesində yaxından iştirak edir.
Beynəlxalq Dil və İmtahan Mərkəzinin (BDM) xaricdə təhsil sahəsində qazandığı zəngin təcrübəni hazırda “ARI” davam etdirir. Mərkəz indi daha çox ölkə, universitet və ixtisası əhatə etməklə müraciətçilərə geniş seçim imkanı yaradır.
Artıq hər bir gənc bilir ki, uğurlu karyera üçün universitet və ixtisas seçimi nə qədər vacibdir. “ARI” öz təcrübəsi ilə gənclərin yanındadır. Mütəxəssislərimiz davamlı araşdırmalar və xarici həmkarları ilə müzakirələr nəticəsində əldə etdikləri məlumatları onlarla paylaşmağa hazırdırlar. Biz uyğun universitet və ixtisas seçməklə yanaşı, təsirli motivasiya məktubu yazmaqda, sənədləşmə işini qüsursuz şəkildə yerinə yetirməkdə və viza almaqda da sizə kömək edəcəyik.
Əlaqə vasitələri:
Xaricdə təhsil işləri üzrə mütəxəssis
Vakansiya haqqında
- Xaricdə fəaliyyət göstərən tədris müəssisələrinin qeydiyyat şərtləri və proqramlarını araşdırmaq;
- Tələbələrə ölkə, şəhər, universitet və ixtisas seçimində, o cümlədən qeydiyyat işlərində dolğun və dəqiq məlumat vermək;
- Tələbələrin qeydiyyat işləri ilə bağlı tədris müəssisələrinə müraciət etmək və həmin prosedurları mütəmadi şəkildə təqib etmək;
- Ehtiyac yarandığı təqdirdə, tələbələrin valideynləri ilə konsultativ danışıqlar aparmaq.
Tələblərimiz
- İqtisadi sahələrdə ali təhsili olan və bu sahə üzrə bundan əvvəl ən azı 2 il işləmiş şəxslərə öncəlik veriləcək;
- Əməkdaşımız öz dilimiz başda olmaqla, mütləq şəkildə ingilis dilində sərbəst danışma və yazışma bacarığına sahib olmalıdır (ikinci xarici dil bilgisi olan namizədlər arzuolunandır);
- Orta səviyyədə “MS Office” proqramlarını bilməlidir;
- Araşdırma, planlama və qərarvermə bacarığı şərtdir;
- Xoş ünsiyyətə, komanda ruhuna, səliqəyə və məsuliyyətliliyə xüsusilə diqqət yetiririk;
Şərtlərimiz
- 6 günlük iş həftəsi;
- Rəqabətli əməkhaqqı və bonus sistemi namizədlərlə müsahibə mərhələsində müzakirə ediləcək;