Foriella

Şirkət haqqında:
“Foriella” MMC Azərbaycan Respublikası Bakı şəhəri Balaxanı Sənaye Parkında yerləşən 6 000 m2 lik istehsal səhəsi ilə sərt ağac növü olan fıstıq (türkcə “kayın”) və palıddan masa, stul və oturmaq üçün digər mebellərin Qafqazda ən böyük istehsalçısıdır. Bzim əsas üstünlüklərimizdən biri də, ekoloji təmiz materiallar ilə yüksək dəqiqlikli avadanlıqlarda emal prosesinin həyata keçirilməsidir. Firma çox geniş çeşidli məhsul portfeli ilə Azərbaycan Respublikasından başqa öz məhsullarını Gürcüstan, Qazaxstan, Rusiya, Tacikistan, Qırğızstana və digər ölkələrə ixrac edir.
Firmanın missiyası yüksək keyfiyyət, təbii gözəllik və erqonomik rahatlığı təmin etməklə müştəri məmnuniyyətidir. Bizim prisipimiz tərəfdaşlarımızla uzun müddətli əməkdaşlıqdır.
Bu missiyaya uyğun olaraq da, firma tam qururudulmuş və buxarla yuyulmuş fıstıq və palıd ağacından istifadə etməklə məhsullarını istehsal edir ki, bu da məhsulların keyfiyyətinin və təbii gözəlliyinin əsas göstəricisidir. Boyama prosesi xüsusi robotlarla həyata keçirilir, bu da rənglərin canlılığını və təbiiliyini təmin edir. Rahatlığı təmin etmək üçün isə müştərilərin fərqli tələb, istək və sifarişlərinə uyğun olaraq oturma mebellər yüksək keyfiyyətli süngərlərlə yarı yumşaq və tam yumşaq şəkildə döşənir.
Əlaqə vasitələri:
Kredit üzrə kiçik mütəxəsssis
İş yeri: “For Finance” BOKT
İş yeri: Bakı şəhəri Nərimanov rayonu Aşıq Molla Cümə küç 46 B
Vəzifə öhdəlikləri:
- Bankın kredit məhsulları haqqında müştərilərə dolğun məlumat vermək
- Daxil olan kredit müraciətlərini qəbul edib, analiz etmək
- Kredit sənədləşməsini həyata keçirmək
- Kredit portfelini keyfiyyətli şəkildə formalaşdırmaq və idarə etmək• Nisyə satış müqaviləsinin şərtləri barədə müştərilərə məlumat vermək;
- İdarə olunan portfelə dair hesabatlar və ümumi hesabatlar təqdim etmək
Tələblər:
- Ali təhsil;
- Yaş: 22 – 35
- Analitik düşüncə və hesablama aparma qabiliyyəti
- Müştərilərlə ünsiyyət qabiliyyəti və müştəri məmnuniyyətinə önəm vermək
- Komanda ilə kommunikasiyanı yüksək səviyyədə qurmaq
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti (rus dili arzuolunandır)
- İşində dəqiq və təşəbbüskar olmaq
- Müvafiq sahə üzrə iş təcrübəsinin olması mütləqdir
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş rejimi: 10:00 – 19:00 (Bazar ertəsi – Şənbə)
- Əmək haqqı 400 Azn + bonus
- Korporativ nömrə şirkət tərəfindən təmin olunur