Sirab Satış və Dağıtım MMC

Şirkət haqqında:
”Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir.Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa,Rusiya və Türkiyə firmalari ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.
Əlaqə vasitələri:
Xidməti Sürücü
Əsas tələblər:
- Yaş həddi: 25– 45;
- Sürücülük vəsiqəsi:
- Bakı ərazsinini yaxşı səviyyədə tanıyan;
- Xoş görünüşlü, mədəni, kommunikasiya qura bilən.
Vəzifə öhdəlikləri:
- Sənədlərin, bağlamaların və digər yüklərin dövlət orqanlarına, tərəfdaşlara və digər təyinat nöqtələrinə çatdırılması və gətirilməsi.
- Şirkətə gələn yerli və xarici qonaqların qarşılanması, təyinat nöqtələrinə çatdırılması və komfortlu şəkildə müşayiət olunmasının təmin edilməsi.
- İdarə etdiyi nəqliyyat vasitəsinin texniki sazlığını gündəlik yoxlamaq, nasazlıq və ya zəruri texniki xidmət barədə vaxtında məlumat vermək.
- Avtomobilin təmizliyinə və ümumi səliqəsinə daim nəzarət etmək.
- Yol hərəkəti qaydalarına tam şəkildə əməl etməklə, təhlükəsiz və məsuliyyətli şəkildə avtomobili idarə etmək.
İş vaxtının norması:
- 6 günlük iş rejimi;
- İstirahət günü: Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Yemək pulu şirkət tərəfindən;
- Korporativ telefon nömrəsi və danışıq paketi.
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şosessinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://google/maps/iFLKeNz2rJoCoWDt5).