Cənnət Park MTK

Şirkət haqqında:
Cənnət Park MTK ən keyfiyyətli tikinti şirkətlərindən biridir. Şirkətimiz keyfiyyətli binalar tikərək cəmiyyətin sosial həyatına kömək olmağa çalışır.
Ən əsas sloqanımız heç kim Evsiz qalmasın.
Əlaqə vasitələri:
Maliyyə şöbəsinin müdiri
İş barədə məlumat:
- İş yeri: Bakı şəhəri.
- Əmək haqqı: 2000+ AZN.
- Nahar şirkət tərəfindən təmin olunur.
- İş rejimi - 6 günlük
Vəzifə öhdəlikləri:
- Pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması;
- Kreditorlardan alışlar üzrə əməliyyatların analiz edilməsi;
- Gəlir və xərclərin (P&L) təhlil edilməsi, izlənməsi;
- Mənfəət və zərər hesabatının analizi və təqdim edilməsi;
- Kassa ilə bağlı əməliyyatların (mədaxil, məxaric, sənədləşmə) nəzarət edilməsi və yoxlanılması;
- Xərclərin təyinata uyğunluğunu izləmək;
- Vergi bəyannamələrinin və digər vergi hesabatlarının vaxtında təqdim edilməsinə nəzarət
- Müəyyən olunmuş qaydalara müvafiq olaraq müəssisənin maliyyə fəaliyyətinin nəticələrinin dəqiq uçotunun aparılmasını;
- Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının uçotda düzgün əks etdirilməsi;
- Maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsi;
- Gündəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Maliyyə əməliyyatlarının və hesabatların düzgünlüyünü təmin etmək,
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təqdim edilməsi;
- Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi və görülən işlərdə Məxfiliyin qorunması prinsipinə riayət edilməsi;
- Debitor və kreditor borcların təhlili və hesabatların hazırlanması;
Vəzifəyə dair tələblər:
- Ali təhsil (İqtisadiyyat, maliyyə, mühasibat uçotu);
- Maliyyəçi kimi 3 ildən çox iş təcrübəsi;
- 30 – 40 yaş aralığında xanım namizədlərə üstünlük veriləcəkdir;
- Microsoft Office (xüsusilə Excel) yaxşı səviyyədə bilməli, F3 F7 biliklərinin olması;
- Vergi məcəlləsi və mühasibat uçotu ilə əlaqədar digər qanunları bilməli;
- Mühasibatlığa dair cari qanunvericilik bilikləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə);
- E-taxes, e-gov, e-sosial və digər portallardan istifadə etmək bacarığı;
- Yüksək analitik təhlil, iri həcmli məlumatları işləmək səriştəsi olmalı;
- Rus və İngilis dilləri üzrə biliklər arzuolunandır.