PRO CON izo MMC

Şirkət haqqında:
“PRO CON izo” şirkəti olaraq 2011-ci ildən bu günə kimi hər zaman müştəri məmnuniyyəti, keyfiyyətli xidmət, dürüstlük və səmimiyyət çərçivəsində fəaliyyət göstərmişik. Əsas hədəfimiz sizlərə daim artmaqda olan təcrübəmiz və etibarımızla xidmət etmək olmuşdur. Müasir tikililərin rahatlıq, təhlükəsizlik və estetik tələbatlarımıza tam cavab verə bilməsi üçün inşaatın bütün mərhələlərində izolyasiya sistemləri mühüm rol oynayır. Bu sistemlər isə yalnız yüksək texnologiya və etibarlı kimyəvi tərkibli maddələrlə uzunömürlü olur. 8 illik təcrübəmiz əsasında həm Azərbaycan, həm də regional tikinti sektorunun inşaat sistemlərində təcrübəli texniki və mühəndis heyətinin fəaliyyətilə birlikdə yüksək keyfiyyətli məhsullar və xidmətlər təqdim edirik. Geniş məhsul kateqoriyalarımızda su izolyasiyası məhsulları, dekorativ və sənaye tipli döşəmə örtükləri, istilik izolyasiyası və montalama sistemləri, temperatur tikişlər üçün həllər, beton qoruma və gücləndirmə sistemləri, beton qatqıları, akustik panellər, beton kəsim və deşimi kimi çeşidli məhsul qrupları vardır. Əməkdaşlıq etdiyimiz şirkətlərin dünya standartlarına cavab verən məhsulları hazırda bir çox ölkələrdə binaların uzunömürlülüyünü və insanların rahatlığını təmin etməkdədir.
Əlaqə vasitələri:
Mühasib təcrübəçi
Təcrübə müddətində iştirakçılar peşəkar mühasiblərin bilik və təcrübəsindən faydalanaraq həm nəzəri, həm də praktiki biliklər əldə edəcək, gündəlik iş proseslərində iştirak etməklə öz potensiallarını inkişaf etdirmək imkanı qazanacaqlar. Məqsədimiz – gənclərə güclü peşəkar baza qazandıraraq onların karyeralarının uğurlu başlanğıcına dəstək olmaqdır.
İş şəraiti
- Müddət: 3 ay
- Ünvan: Bakı şəhəri, Nərimanov rayonuTəcrübə saatları:
- Həftə içi 5 gün, 15:00 – 18:00
- Təcrübə müddətində əmək haqqı: 200 AZN
Təcrübə proqramının sonunda iştirakçılar imtahan nəticələrinə əsasən daimi işlə təmin olunmaq şansı əldə edəcəklər.
Tələblər:
- Təhsil: Natamam ali
- MS Office, xüsusilə Excel proqramında bilik və bacarıq
- Öyrənməyə həvəsli və məsuliyyətli olmaq