IRIX
Şirkət haqqında:
IRIX - IT avadanlıqlarının topdan, korporativ və pərakəndə satışını icra edən, Azərbaycanda və Birləşmiş Ərəb Əmirliklərində ofisi olan IT şirkətdir.
Şirkətimiz dünyaca məşhur olan Fanvil və Yestar brendlərinin Azərbaycanda rəsmi distribütoru, Lenovo, HPE, CISCO, 3CX və Fortinet brendlərinin rəsmi partnyorudur.
Fərdi və ya korporativ olmasından asılı olmayaraq, hər bir müştəri bizim üçün dəyərlidir və bizim bütün fəaliyyətimiz onların göstərilən xidmətdən məmnun qalmaqlarına istiqamətlənmişdir.
Əlaqə vasitələri:
Təchizat üzrə mütəxəssis
Namizədə tələblər
- Güclü şifahi və yazılı korporativ danışıqların aparılması, təqdimat bacarıqları
- Dəqiqlik, innovativ düşünmə, operativlik, detallara fikir vermə qabiliyyəti
- Məsuliyyətli, nəzakətli, disiplinli, prinsip və dəyərlərə sadiqlik
- Analitik düşünmə, təhlil etmə, qərar vermə, planlama və problem həll etmə bacarıqları
- Daim öyrənməyə meyilli, paralel olaraq bir neçə tapşırığı idarə etmək bacarığı
- Təchizat sahəsində sənəd dövriyyəsinin aparılması bacarığı
- Satışını etdiyimiz məhsulların texniki göstəricilərinin və funksionallıqlarının öyrənilməsi məcburidir (bilənlərə üstünlük verilir, bilməyənlər öyrədilir)
- Sərbəst danışıq və yazışma səviyyəsində Azərbaycan və İngilis dili biliyi, Rus dili biliyi üstünlükdür
- Güclü kompüter istifadəçisi, sürətli çap
- MS Office (Word, Excel, Outlook, Power Point, Outlook) bilik və səriştəsi– İşgüzar geyim, səlist nitq və danışıqlar aparma bacarığı
- Təqdimat, maraqlandırmaq və inandırmaq bacarıqları
- İş təcrübəsi – 1-3 il
Vakansiya üzrə vəzifələr
- Yerli və Xarici bazarın araşdırılması, təchizatçı bazasının müntəzəm olaraq yenilənməsi
- Təchizatçılardan mütəmadi olaraq yenilənmiş qiymət cədvəllərinin alınması
- Təchizatçılardan sorğulara uyğun qiymət təkliflərinin alınması
- Təchizatçılardan gələn təkliflərin müqayisəli təhlilini apararaq, rəhbərliyə təqdim edilməsi
- Təsdiqlənmiş məhsulların və xidmətlərin sifarişi
- Sifarişlərin statuslarının izlənilməsi, vaxtında çatdırılmasının təşkili və nəzarəti
- Daşıma və gömrük prosesini nəzarətdə saxlayaraq, invoice və s. kimi sənədləri aidiyyatı şəxslərə göndərmək
- Gömrük rəsmiləşdirilməsi zamanı məhsullar və sənədlərlə bağlı sualların cavablandırılması
- Yerli və beynəlxalq satış mütəxəssislərimiz üçün qiymət cədvəlləri hazırlayıb, yeniləmək
- Qiymətləndirmə və satınalma üzrə bütün sənədləşdirmə işlərinin sistemli şəkildə daxili ERP proqramında düzgün, əhatəli şəkildə qeydiyyatı
- Ödəniş sənədlərinin verilmiş sifarişə uyğunluğunun təsdiqlənib mühasibatlıq şöbəsinə təqdim edilməsi
- Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması
- Görülmüş işlər və planlar barədə aylıq və illik hesabatların hazırlanması
İş şəraiti
- İş vaxtları: Bazar ertəsi – Cümə – 9:00 – 18:00, Şənbə günü (xüsusi hallarda, əlavə ödənişli olaraq)
- Əmək haqqı: stabil əmək haqqı + bonus (tələblərə cavab verən namizədin istəyi nəzərə alınır)
- Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun qeydiyyat
- Bir aylıq ödənişli sınaq müddəti
- Məhsul və xidmətlər haqqında təlimlər
- Əməkhaqqı 1000 - 1500 AZN