Teacher Assistant (Müəllim Köməkçisi)
Family School olaraq biz tələbələrin dil biliklərini və akademik bacarıqlarını inkişaf etdirmək üçün keyfiyyətli və innovativ təhsil mühiti yaradırıq. Hal-hazırda komandamıza Teacher Assistant (Müəllim Köməkçisi) axtarırıq.
Vəzifə öhdəlikləri:
- Müəllimlərin rəhbərliyi ilə tələbələrin inkişafına dəstək olmaq;
- Tələbələrin zəif tərəflərini izləmək və əlavə məşğələlərdə onları gücləndirmək;
- İngilis dilinin müxtəlif bölmələrində (Grammar, Vocabulary, Reading, Writing, Speaking, Listening) tələbələrin boşluqlarını aradan qaldırmaq;
- Tələbələrə əlavə tapşırıqlar vermək və yoxlamaq;
- Sözləri sorğulamaq, inşa yazdırmaq və müzakirə etdirmək;
- Kitab oxuma məşğələləri keçirmək və şifahi danışıq fəaliyyətləri təşkil etmək;
- Motivasiyaedici və mehriban yanaşma ilə tələbələrin təhsilə marağını artırmaq.
Namizədə tələblər:
- İngilis dilini yaxşı səviyyədə bilməli;
- Təhsil sahəsində maraqlı və tələbələrlə işləməkdən həzz alan;
- Məsuliyyətli, səbirli və təşkilatçı olmalı;
- Tələbələrə motivasiya verə bilən, pozitiv yanaşmalı;
- Müəllimlərlə əməkdaşlıq edərək komandada işləmə bacarığı olmalı.
- Rus dili biliyi arzuolunandır
- Minimum 1 il pedaqoji təcrübəsi olmalıdır
İş qrafiki: 6 iş günü