Modern Engineering Bureau of Azerbaijan

Kommersiya Mütəxəssisi
Modern Engineering Bureau of Azerbaijan MMC – mühəndislik, tikinti və təchizat sahəsində fəaliyyət göstərən şirkət – Neft-qaz və Tikinti sektorlarında bazarı yaxşı tanıyan, strateji düşüncəyə malik, peşəkar kommersiya mütəxəssisi axtarır. Namizəd şirkətin yeni bazarlara çıxışını təmin etməli və satış imkanlarını genişləndirməlidir.
Vəzifələr:
- MEBA-nın həm yerli, həm də beynəlxalq bazarlarda varlığını təmin etmək və yeni iş imkanları yaratmaq.
- Şirkətin vendor listlərə daxil olmasını təmin etmək və yeni tender imkanlarını izləmək.
- Bazar araşdırması aparmaq, rəqibləri təhlil etmək və şirkət üçün rəqabət üstünlükləri və bazarda fərqləndirmə strategiyası formalaşdırmaq.
- Şirkətə uzunmüddətli dəyər gətirən strateji tərəfdaşlıqlar qurmaq və idarə etmək.
- Neft-qaz və tikinti sahələrində yeni layihələr və müqavilələr bağlamaq üçün aktiv satış fəaliyyəti aparmaq.
- Müştərilərlə güclü əlaqələr qurmaq və davamlı əməkdaşlıqların inkişafını təmin etmək.
- Potensial layihələri müəyyən etmək üçün sahə gəzintilərində iştirak etmək və şirkətə yeni iş imkanları gətirmək.
- Şirkət rəhbərliyinə bazar trendləri və inkişaf istiqamətləri barədə mütəmadi hesabatlar təqdim etmək.
- Biznesin inkişafı üçün yeni strategiyalar formalaşdırmaq və icrasına dəstək vermək.
- İllik satış və inkişaf planlarını hazırlamaq və hədəflərə nail olunmasını təmin etmək.
Namizədə tələblər:
- Neft-qaz və tikinti sektorlarında biznes inkişafı və satış üzrə ən azı 3–5 illik təcrübə.
- Yerli və beynəlxalq bazar dinamikaları barədə geniş bilik.
- Bazar araşdırması, rəqib analizi və strategiya hazırlama bacarığı.
- Vendor siyahılarına daxilolma və tender proseslərində təcrübə.
- Yüksək səviyyədə satış, danışıqlar və təqdimat bacarıqları.
- İngilis və rus dillərini sərbəst bilmək (peşəkar iş mühitində).
- Güclü analitik düşüncə və strateji planlama qabiliyyəti.
- MS Office və CRM/ERP alətlərində işləmək bacarığı.
İş şəraiti:
- 5 günlük iş həftəsi ( 09:30 - 18:30);
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
- Əmək haqqı müsahibənin nəticəsinə görə müəyyən olunacaq.
Qeyd: Müraciət edən namizədlərin təcrübə və bacarıqları nəzərə alınaraq Kommersiya komandasında onlar üçün ən uyğun funksiyada dəyərləndirmə aparılacaq.