Təchizat zəncirinin idarə edilməsi üzrə kiçik mütəxəssis
Vəzifə öhdəlikləri:
- Şirkətin iş fəaliyyətlərini dəstəkləyən məhsul və xidmətlərin satın alınmasını şirkət siyasət və prosedurlarına uyğun həyata keçirmək.
- Satınalmada ən yaxşı qiymət, keyfiyyət və çatdırılma prinsiplərinə riayət etməklə büdcə daxilində qərar qəbul etmək.
- Material/Xidmət sorğularını nəzərdən keçirmək, düzgünlüyünü təsdiqləmək və tələbatçı ilə əlaqə saxlamaq.
- RFP (Təklif Sorğusu) prosesini idarə etmək, tədarükçülərlə aydınlaşdırmaları koordinasiya etmək və kommersiya danışıqlarında iştirak etmək.
- PO-ların (Satınalma Sifarişləri) yerləşdirilməsi, idarə olunması və təcili çatdırılmasının izlənməsini təmin etmək.
- Tədarükçülərlə texniki və kommersiya məsələlərini həll etmək, müqavilələri icra etmək.
- PSCM ilə bağlı həftəlik, aylıq və illik hesabatların hazırlanmasına dəstək vermək.
- Qismən çatdırılan malların qeydlərini aparmaq və problemləri proaktiv şəkildə həll etmək.
- Şirkət və PSCM prosedur və siyasətlərinə riayət etmək, əlavə PSCM vəzifələrini yerinə yetirmək.
- İş inkişafı və layihələrdə dəstək göstərmək, komanda və rəhbərliyə analitik məlumat və dəstək təmin etmək.
- Ofis Referenti (Rəhbərliyin göstərişləri əsasında digər inzibati və dəstək işlərinin yerinə yetirilməsi;)
Tələblər:
- Ali Təhsil
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
- Xarici satınalmalar və istehsalatda iş təcrübəsi üstünlükdür
- Səlis Azərbaycan dili, İngilis dili (rus dili biliyi üstünlükdür)
- Komanda ilə işləmə
- Operativlik
- Məsuliyyətlilik
- Dəqiqlik
- Mükəmməl problem həll etmə bacarıqları.
- Kompüter bilikləri.
- Effektiv ünsiyyət və təqdimat bacarıqları.
- Stressə davamlılıq.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Caspian Plaza
- İş qrafiki: 5 günlük
- İş saatları: 08:00-17:00
- Əməkhaqqı 1000 azn