Technocare MMC
Şirkət haqqında:
Şirkət haqqında
Technocare MMC – avtomatika, elektronika və energetika sahələrində ixtisaslaşmış mühəndislik və texnologiya şirkətidir. Şirkətimiz bu sahələr üzrə yüksək ixtisaslı mütəxəssislər tərəfindən təsis edilmiş və qısa müddət ərzində etibarlı texnoloji tərəfdaş kimi tanınmışdır.
Technocare MMC olaraq Schneider Electric, Siemens, WAGO, SICK, Weidmüller kimi dünyaca məşhur brendlərin məhsullarının Azərbaycanda satışı və servis xidmətlərini təqdim edirik. Müştərilərimizə yalnız məhsul deyil, kompleks texnoloji həllər və texniki dəstək də təklif edirik.
Şirkətimizin əsas fəaliyyəti aşağıdakı sahələri əhatə edir:
- Avtomatlaşdırma sistemlərinin layihələndirilməsi və tətbiqi
- Elektrik və elektronika avadanlıqlarının satışı və quraşdırılması
- Energetika sahəsində texniki həllərin hazırlanması
- Cihazlara texniki baxış və servis xidməti
Missiyamız – ən son texnologiyaları izləyərək, yenilikçi, funksional və davamlı həllər təqdim etmək, müştərilərimizin ehtiyaclarına uyğun yüksək keyfiyyətli mühəndislik xidmətləri göstərməkdir. Hər bir layihəyə fərdi yanaşaraq, həm sənaye, həm də məişət sahələri üçün optimal və uzunömürlü sistemlər qururuq.
Dəyərlərimiz – peşəkarlıq, etibarlılıq və innovasiya. Biz texnologiyanı yalnız tətbiq etmirik, həm də onu müştərilərimiz üçün real üstünlüyə çeviririk.
Əlaqə vasitələri:
Elektronika mühəndisi
Tələblər:
- Ali texniki təhsil (Elektronika və ya əlaqəli sahələr üzrə);
- Elektrik/elektronika layihələrinin oxunması, dizaynı və proqram təminatında (AutoCAD, Proteus, Eagle və s.) işləmək bacarığı;
- Elektron sxemləri oxumaq və analiz etmək bacarığı;
- Elektronika komponentləri və onların iş prinsipləri barədə biliklər;
- Ölçmə cihazları və elektrik test avadanlıqları (multimetr, osiloskop və s.) ilə işləmə bacarığı;
- Yüksək səviyyədə lehim bacarığı (SMD elementlərlə iş təcrübəsi üstünlükdür);
- İngilis dili biliyi (Rus dili biliyi üstünlükdür);
- Minimum 1-3 il müvafiq sahədə iş təcrübəsi.
Vəzifələr:
- Sənaye cihazlarının elektronika kartlarının təmiri və quraşdırılması;
- Sənaye cihazları ilə sahədə işləmək;
- Texniki sənədlərin hazırlanması və aparılması;
- Layihə çərçivəsində texniki məsələlərin koordinasiyası və müştəri ilə əməkdaşlıq;
- Nasaz elektronika dövrələrinin kartlarının sxemlərinin çıxarılması.
Biz nə təklif edirik?
- Peşəkar və öyrədici iş mühiti;
- Karyera inkişafı və yeni texnologiyalarla işləmək imkanı;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş yeri: Bakı
- İş rejimi: Tam ştat
- Əməkhaqqı: Razılaşma yolu ilə.