Caspian Textile MMC

Şirkət haqqında:
Caspian Textile MMC müasir standartlara cavab verən müxtəlif növ işçi və digər geyimlərinin istehsalı sahəsində fəaliyyət göstərir.
Şirkətin qabağcıl avadanlıqlar ilə təchiz edilmiş tikiş fabrikası mövcüddur.
Fabrikin tikiş, kəsim, boya, naxış, ütü, qablaşdırma sexləri, həmçinin model dizayn və konstruktor bürosu vardır.
Təcrübəli əməkdaşlarımız zövgünüzə və tələbatlarınıza uyğun olan modelləri Sizə təklif edərək öz tövsiyələri ilə məmnuniyyətlə bölüşəcəklər.
İstəyinizdən asılı olaraq ehtiyaclarınıza tam şəkildə cavab vermək üçün yeni modellərin xüsusi proqram vasitəsilə hazırlanması mümkündür.
Əlaqə vasitələri:
Satış Meneceri
Vəzifə öhdəlikləri:
- Şirkətin işçi geyimləri və fərdi mühafizə vasitələrinin (PPE) B2B satışını həyata keçirmək
- Yeni korporativ müştərilərin axtarışı və cəlb olunması
- Mövcud müştəri portfelinin idarə edilməsi və genişləndirilməsi
- Müştəri ilə danışıqlar aparmaq, təkliflər hazırlamaq və müqavilələrin bağlanmasını təmin etmək
- Satış hədəflərinin yerinə yetirilməsi və satış göstəricilərinin təhlili
Tələblər:
- Ali təhsil (marketinq, biznes və ya əlaqəli sahələr üstünlükdür)
- Minimum 2-3 il satış təcrübəsi (B2B satış sahəsində təcrübə üstünlükdür)
- İşçi geyimləri və PPE bazarı haqqında ümumi anlayışın olması üstünlük sayılır
- Yüksək ünsiyyət və danışıqlar aparma bacarığı
- Müştəri yönümlü yanaşma və nəticəyə fokuslanma
- Komanda ilə işləmək bacarığı
Şərtlər:
- 5/2 iş rejimi
- Rəqabətədavamlı əmək haqqı və satışdan bonus sistemi
- Karyera inkişafı və peşəkar təlim imkanları
- Rəsmi əmək müqaviləsi
- Yanacaq və telefon xərcləri şirkət tərəfindən qarşılanır