Max Print

Şirkət haqqında:
“MAX PRİNT” şirkəti 2005-ci ildə təsis edilmişdir. Hazırda Azərbaycanda aparıcı reklam şirkətlərindən biridir. Şirkətin əsas fəaliyyəti rəqəmsal və iriformatlı çap xidmətləri, promo və korporativ hədiyyələr, çöl və iç məkanların müxtəlif növ reklamlarının istehsalı, reklam dekorlarının hazırlanmasıdır. Şirkətin xidmət sahəsi 1000 kv m., istehsal sahəsi 2500 kv m.-dən böyükdür.
Əlaqə vasitələri:
Mal-material üzrə mühasib
Şəhər: Bakı
Vəzifə öhdəlikləri:
- Mal-materialların uçotunun aparılması və müvafiq sənədləşmənin həyata keçirilməsi.
- Anbar əməliyyatlarının düzgün və vaxtında 1C/Mühasibatlıq proqramında əks etdirilməsi.
- Mal-material hərəkətlərinə (mədaxil, məxaric, qaytarılma və s.) nəzarət olunması.
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Mal-material qalığının faktiki göstəricilərlə uyğunluğunun yoxlanılması və inventarizasiyada iştirak.
- Daxili audit və yoxlamalar zamanı tələb olunan məlumatların təqdim olunması.
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində).
- Mühasibatlıq və ya mal-material uçotu üzrə minimum 2 il iş təcrübəsi.
- 1C proqramı və MS Excel üzrə peşəkar biliklər.
- Vergi və mühasibat uçotu sahəsində biliklərin olması.
- Dəqiqlik, məsuliyyətlilik və analitik düşünmə bacarığı.
Şərtlər:
- İş qrafiki: Bazar ertəsi – Cümə (09:00 – 18:00).
- Əmək haqqı 1000-1200 nett:
- Rəsmi əmək müqaviləsi, Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.