PASHA Insurance

Şirkət haqqında:

PAŞA Sığorta şirkəti 2006-cı ildə təsis olunub və yarandığı gündən müştərilərin rahatlığına təminat verir. Şirkətin nizamnamə kapitalının həcmi 50 milyon AZN təşkil edir. Bu cür yüksək səviyyəli kapital PAŞA Sığorta şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirmək üçün zəruri maliyyə imkanı formalaşdırır və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. Bununla yanaşı, Şirkətin öz vəsaitləri ilə kifayət qədər təmin olunması onun gələcək inkişafı üçün zəmin yaradır.

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi ölkənin aparıcı sığorta şirkətlərindən olan “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib. Agentlik Şirkətin kapital adekvatlığını yüksək qiymətləndirib.

PAŞA Sığorta öz fəaliyyətini “ISO 10001: 2018” beynəlxalq standartına əsasən Keyfiyyətin İdarə Olunması Sisteminə uyğun həyata keçirir.

Hazırda Şirkət 36 icbari və könüllü sığorta növü üzrə 300.000-ə yaxın fiziki və hüquqi şəxsə xidmət göstərir.

Əlaqə vasitələri:

Hüquqşünas/Baş Hüquqşünas

“PAŞA Sığorta” ASC namizədləri Komplayens Departamentinin, Komplayens dəstək şöbəsində, Hüquqşünas/Baş hüquqşünas vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏRİ

  • Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək, komplayns indikatorları üzrə Şirkətin mövqeyini qiymətləndirmək;
  • Şirkətdaxili bütün normativ sənədlərin (siyasət, qayda, təlimat, prosedur və s.) müvafiq struktur bölmələrdən daxil olan sorğular əsasında qanunvericiliyin tələblərinə uyğunluğunun ekspertizasını həyata keçirmək;
  • Şirkətin yeni yaradılmış satış kanalları  və sığorta məhsulları (buraya həmin məhsullarla bağlı ictimaiyyətə açıq material, təqdimat, press-reliz, broşura və s.) üzrə müvafiq struktur bölmələrdən daxil olan sorğular üzrə qanunvericiliyə uyğunluğunu təhlil edib, rəy vermək;
  • Yeni qanunvericilik aktlarının tələblərinin icra vəziyyətinin müəyyən edilməsi, yeni tələblərə uyğun roadmap-in hazırlanması prosesində iştirak;
  • Hədəfli maliyyə sanksiyaları haqqında qanunun tələblərinə uyğun fəaliyyətin Şirkət daxilində tənzimlənməsinə nəzarət etmək;
  • Yeni qanunvericilik aktları, qanunvericiliyə əlavə və dəyişikliklərin komplayens risklərlə bağlı matrisə daxil edilməsi yolu ilə matrisin yenilənməsi;
  • Müəyyən olunmuş komplayns risklərinin əhəmiyyətinin işçilər tərəfindən mənimsənilməsi məqsədilə tədbirlər görmək (təlimlər, ikitərəfli və ya çoxtərəfli görüşlər və s.);
  • Şirkət daxilində və işçilər arasında komplayns mədəniyyətinin formalaşmasını təmin etmək;
  • İdarə Heyəti və struktur bölmə rəhbərlərini qanunvericilikdə baş vermiş zəruri dəyişikliklər və həmin dəyişikliklərin biznes proseslərə təsiri ilə bağlı məlumatlandırmaq;
  • Beynəlxalq sığorta bazarında komplayns funksiyasının təkmilləşdirilməsi ilə bağlı “best practice”-in araşdırılması və Şirkət üzrə tətbiqini təmin etmək;
  • Şirkətə aidiyyəti olan şəxslərlə əqdlərin qanunvericiliyə uyğun formada təsdiqi üçün tədbirlər görmək;
  • Şirkətlə əməliyyat aparan digər əməkdaşlarla münasibətlər zəminində müvafiq struktur bölmələr tərəfindən təqdim edilən KYC formaların doldurulması;
  • İdarə Heyəti, RİK və Direktorlar Şurasına hesabatların hazırlanması prosesində iştirak.

BİLİKLƏR

  • Təhsil: Ali-bakalavr, Hüquqşünaslıq ixtisası;
  • Analiz bacarığı, risk qiymətləndirilməsi bacarığı;
  • Kompüter bilikləri: peşəkar səviyyədə MS Office proqramlarından (xüsusilə Excel) istifadə bacarığı;
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili biliyi arzuolunandır.

TƏCRÜBƏ

  • Hüquq sahəsində ən az 2 il təcrübə. Müvafiq sahələr üzrə magistr dərəcəsi, sığorta, bank və digər maliyyə institutlarında və Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir.

BACARIQLAR

  • Sahə üzrə biliklər: Sığorta qanunvericiliyi; Mülki qanunvericilik; Əmək qanunvericiliyi; Digər qanunvericilik aktları
  • Komandada işləmək bacarığı;
  • Vaxtın səmərəli idarə edilməsi bacarığı;
  • Məntiqi və analitik düşüncə;
  • Təşəbbüskarlıq;
  • Emosional stabillik və məsuliyyətli olmaq.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Müraciət edin

Xəyalındakı işi umano.az ilə tap