Grand Logistics Center

Şirkət haqqında:
GLC - Azərbaycanda yerləşən, fərdiləşdirilmiş logistik həllərin tədarükçüsüdür.
Bizim logistika və nəqliyyat sistemləri sahəsindəki geniş bilik və təcrübələrimiz bizə start-ap şirkətlərindən tutmuş iri transmilli korporasiyalara qədər bütün şirkətlərə anbara yığma, nəqliyyat, və paylama üzrə kompleks xidmətlər təqdim etmək imkanı verir.
Biz qürur hissi keçiririk ki, müştərilərimiz üçün fərdi həllər yaradan və uzunmüddətli tərəfdaşlıq münasibətlərinə investisiya yatıran bir logistika şirkətiyik.
Biz tələbatlarınıza uyğunlaşdırılmış və bütün sutka ərzində, ilin 365 gününü fəaliyyət göstərən üçüncü tərəf logistik həlləri təklif edirik.
Bizim mükəmməlliyə doğru cəhdlərimiz müştərilərimizə özünün tədarük zəncirinin hər bir hissəsində rəqabət üstünlüyü əldə etmək imkanı verir.
Biznesiniz üçün ən yaxşı həlli tapmağınıza kömək etmək həmişə hazırıq!
Əlaqə vasitələri:
Anbar üzrə Mütəxəssis
Tələblər
- Ali təhsil;
- Sənədləşdirmə və yazışma işlərini bacarmalı;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
- Güclü ünsiyyət və danışıq qabiliyyəti;
- Azərbaycan dili səlis, yaxşı səviyyədə ingilis dili biliyi;
- Komandada işləmək bacarığı;
- Analitik düşüncə bacarığına sahib olmalı.
Vəzifə öhdəlikləri
- Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;
- Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək;
- Malların qəbulunun planlaşdırılması və uçotunun aparılması;
- Anbardaxili əməliyyatlarının gündəlik uçotunun təşkili;
- Mal və materialların inventar üzrə qeydiyyatını aparmaq;
- Anbarlarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək;
- Anbar qalıqlarının qeydiyyatını aparmaq;
- Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunun yoxlamaq;
- Materialın və məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunmasını təmin etmək;
- İnventarlaşdırmanın aparılmasında iştirak etmək;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatların hazırlamaq və təqdim etmək;