Sirab Satış və Dağıtım MMC

Şirkət haqqında:
”Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir.Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa,Rusiya və Türkiyə firmalari ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.
Əlaqə vasitələri:
Korporativ performansın idarəolunması üzrə ekspert
Əsas tələblər:
- Ali təhsil (İqtisadiyyat, Biznes İdarəçiliyi, Menecment və ya əlaqəli sahələr üzrə);
- Performans idarəetməsi, analitika və ya proseslərin idarə olunması sahəsində minimum 2-3 il iş təcrübəsi;
- KPI sistemlərinin qurulması və idarə olunması üzrə bilik və bacarıqlar;
- Güclü analitik düşünmə, məlumatların təhlili və hesabat bacarıqları;
- MS Excel və digər analitik proqramlarda yüksək səviyyəli işləmə bacarığı;
- Yüksək məsuliyyət, operativlik və detallara diqqət;
- Komanda ilə işləmə və departamentlərarası əlaqələri effektiv idarəetmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Performans idarəetmə sisteminin mövcud prosedurlara uyğun icrasını təmin etmək;
- Müxtəlif departamentlərdən toplanan məlumatların analizi və hesabatların hazırlanması;
- Performans göstəricilərinin (KPI-ların) aylıq olaraq izlənilməsi və nəticələrin rəhbərliyə təqdim olunması;
- Çarpaz yoxlamaların icrasını təmin etmək və nəticələr əsasında düzəlişlər aparmaq;
- Uyğunsuzluq halları aşkarlanarsa operativ şəkildə müdaxilə etmək və problemin həlli üçün tədbirlər görmək;
- Şirkətin strateji hədəflərinin vaxtında və plan üzrə icrasına nəzarət etmək;
- Performans nəticələrinin mütəmadi olaraq analiz edilməsi və təkmilləşdirilməsi üçün təkliflər vermək;
- Səmərəliliyin artırılması məqsədilə yeni performans ölçmə alətlərinin və metodlarının tətbiqini təşəbbüs göstərmək;
- Departamentlərarası əlaqəni gücləndirmək və əməkdaşlıq mədəniyyətini dəstəkləmək;
- İcra proseslərinə birbaşa müdaxilə etmək və nəticələrin yüksəldilməsi üçün səlahiyyət çərçivəsində tədbirlər həyata keçirmək.
İş vaxtının norması:
- 5 günlük növbəli iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şosesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).