Keyfiyyətin təminatı üzrə mütəxəssis
Vəzifə Öhdəlikləri:
- Daxili normativ sənədlərin İSO 9001:2015 Keyfiyyətin İdarəetmə Sisteminə (KİS) uyğun hazırlanması;
- Struktur bölmələrinin sənəd, prosedur və təlimatlarının KİS tələblərinə əsasən hazırlanması;
- İSO 9001:2015 KİS üzrə funksional prosedur, təlimat, siyasət, məqsəd və tədbirlər planının işlənib hazırlanmasının təşkili və tətbiq olunması;
- Uyğunsuzluqların müəyyən edilməsi və uyğunsuzluq hesabatlarının hazırlanması;
- Mütəmadi keyfiyyət nəzarət yoxlamalarının həyata keçirilməsi, təkmilləşdirmə tədbirlərinin hazırlanması və nəticələr barədə rəhbərliyə hesabat təqdim edilməsi.
Namizədə Tələblər:
- Ali texniki təhsil;
- Keyfiyyətə nəzarət sahəsində minimum 5 il iş təcrübəsi;
- İSO 9001 və digər keyfiyyətə nəzarət üzrə sertifikatlara sahib olmaq üstünlükdür;
- Sürücülük vəsiqəsinə malik olmaq;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- İngilis dilini bilmək üstünlük sayılır.
İş şəraiti:
- İş saatı: 09:00-17:00 (6 günlük);
- İş yeri: Binəqədi şossesi, 1-ci Mədən küçəsi 22 B.
- Ezamiyyələrdə iştirak etmək imkanı.
Biz nə təklif edirik:
- Tibbi sığorta;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Naharla təmin edilmə;
- Nəqliyyatla təmin edilmə;