A+A Security

Şirkət haqqında:
A+A Security MMC şirkəti inşaat və xidmətlər sektorunda mühüm mövqe tutmuş geniş profilli A+A Group of Companies holdinqinin törəmə şirkətidir. Şirkət öz fəaliyyətinə 2001-ci ildə başlamışdır və bu gün elektron təhlükəsizlik, kilidləmə, GPS Monitoring, naqilsiz telemetriya və elektron idarə etmə sistemləri sahəsində böyük təcrübəyə malik distribyutor və inteqratordur.
Biz, fiziki şəxslərdən və kiçik müəssisələrdən tutmuş dövlət idarələri və iri korporasiyalara qədər, geniş müştəri dairəsi ilə əməkdaşlıq edirik. Missiyamız müştərilərimizə ən keyfiyyətli və sərfəli xidmət göstərməkdən ibarətdir.
Əlaqə vasitələri:
Quraşdırıcı
Karyeranı sıfırdan qurmaq imkanı!
Texniki sahəyə marağı olan gənclər üçün fürsət!
Avtomobil, elektrika və elektronika sahəsində anlayışı olan, elektron təhlükəsizlik sistemlərinin quraşdırılması və ya internet xəttlərinin çəkilişində iştirak edən, gənc və öyrənməyə həvəsli namizədlər işə dəvət olunur.
Vəzifə öhdəlikləri:
- Nəqliyyat vasitələrində GPS avadanlıqlarının quraşdırılması və servis işlərinin görülməsi
- İşlərin görülməsi zamanı Sifarişçinin nümayəndələri ilə əlaqə.
- Müvafiq formaların doldurulması və imzalanması ilə işlərin Sifarişçinin nümayəndələrinə təhvil-təslimi.
- Təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi.
- İstifadə edilən alətlərin saz vəziyyətdə saxlanması.
- İşlərin yalnız işçi geyim formasında yerinə yetirilməsi, işçi geyimin təmiz və səliqəli vəziyyətdə saxlanması.
- İnsanlarla xoşməramlı ünsiyyət qurmağı, gərgin əmək şəraitində işləməyi bacarmaq;
- Öhdəliklərini düzgün və şirkətin maraq və mənafeləri naminə təhlükəsiz yerinə yetirmək;
Tələblər:
- Avtomobil, elektrik və elektronika sahəsinə maraq;
- Əl bacarığı və öyrənməyə açıq olmaq
- Komandada işləmə bacarığı.
İş şərtləri:
- Həftə içi: 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
- İstirahət günləri – şənbə, bazar və bayram günləri
- Ezamiyyətlər nəzərdə tutulmuşdur
- Əmək haqqı: Başlanğıc 500-700 AZN