Murad LTD

Şirkət haqqında:
“Murad LTD” MMC 2002-ci ildən minik və kommersiya avtomobillərində, eləcə də geniş çeşiddə sənaye avadanlıqlarında istifadə üçün nəzərdə tutulmuş sürtgü yağlarının, xüsusi mayelərin satışı üzrə ixtisaslaşmışdır.Ümumi məhsul çeşidimizə 500-dən çox ad daxildir. Məhsullarımız həm iri sənaye müəssisələrinin, həm də şəxsi avtomobil sahiblərinin ehtiyaclarını ödəməyə imkan verir.“Murad LTD” MMC Rusiya Federasiyasının “RN-sürtgü materialları” (Rosneft) və Cənubi Koreyanın “SK Lubricants” (ZIC) istehsalı olan sürtgü yağlarının Azərbaycan Respublikasında rəsmi distribüteridir.Müştərilərin müasir dünya standartlarına uyğun sürtgü yağlarına olan tələbatının ödənilməsi, yüksək keyfiyyətli məhsulla təminatı və müştərilərimizin məmnuniyyəti şirkətin prioritet istiqamətlərindəndir.
Əlaqə vasitələri:
Korporativ Satış Meneceri (sürtkü yağlarının satışı)
Komandamıza satış sahəsində təcrübəli və öz müştəri portfelinə malik peşəkar bir korporativ satış meneceri axtarırıq.
Vəzifə öhdəlikləri:
- Sürtkü yağlarının korporativ müştərilərə satışı və satış həcminin artırılması.
- Mövcud müştəri bazasının idarə edilməsi və yeni müştərilərin cəlb edilməsi.
- Müştərilərlə uzunmüddətli əlaqələrin qurulması və saxlanılması.
- Bazar araşdırması aparmaq və rəqabət təhlili etmək.
- Satış strategiyalarının hazırlanmasında iştirak etmək və həyata keçirmək.
- Satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
- Məhsulun daşınmasını və çatdırılmasına nəzarət olunması;
- Şöbə rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər:
- Öz müştəri portfelinin olması mütləqdir.
- Satış sahəsində ən azı 3 il iş təcrübəsi (motor yağları və ya avtomobil sənayesi ilə bağlı təcrübə üstünlükdür).
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı.
- Güclü danışıqlar aparma və müştəri əlaqələri idarəetmə bacarığı.
- Satış hədəflərinə çatmaq üçün motivasiya və nəticəyönümlülük.
- Analitik düşüncə və bazar dinamikasını başa düşmə qabiliyyəti.
- Komandada işləmək və müstəqil qərar qəbul etmə bacarığı.
- Sürücülük vəsiqəsinin olması
Təklif etdiklərimiz:
- Əmək haqqı və satışdan yüksək bonuslar.
- Peşəkar inkişaf.
- Müasir iş mühiti və dəstəkləyici komanda.