166 Yükdaşıma və Logistika

Şirkət haqqında:
2012-ci ildə fəaliyyətinə bir neçə yük maşını ilə başlayan “166 Yükdaşıma və Logistika” brendi hazırda yükdaşıma və logistika sahəsi üzrə ölkənin qabaqcıl şirkətlərindən biridir. Yüklərin daşınması yalnız ölkədaxili sərhədlərlə məhdudlaşmır, həmçinin beynəlxalq arenada da həyata keçirilir.
Daim müştərilərimizin xidmətində olmaq və operativ xidmət göstərmək məqsədilə 166 qaynar xəttimiz 7/24 ölkənin istənilən nöqtəsindən zəngləri qəbul edir.
Göstərdiyimiz xidmətin müştərilərimizə rahat və əlçatan olması məqsədilə xidmət sahələrimiz genişlənməyə davam edir. Şirkətimiz yükdaşıma sahəsi ilə fəaliyyətə başlasa da, hazırda müxtəlif kompleks xidmətləri – yükdaşıma, logistika, evakuasiya, işçi qüvvəsi, usta, anbar, təmizlik və xalça yuma xidmətlərini müştərilərinə təqdim edib.
Xidmətlərimizin daha əlçatan olması üçün sərfəli qiymət və hər bir bölgəyə xidmət anlayışları ilə çalışırıq.
166 brendi altında fəaliyyət göstərən hər bir xidmətin keyfiyyətinin ölçülməsi bizim üçün olduqca vacibdir. Bu məqsədlə, mütəmadi olaraq müştərilərimizin göstərilən xidmətlər üzrə fikirlərini öyrənir, təklif və iradlarına əsasən xidmət keyfiyyətini daim təkmilləşdiririk. (ISO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi, ISO 45001:2018 - Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi və ISO 14001:2015 - Ətraf Mühitin İdarəetmə sistemi üzrə beynəlxalq sertifikatları)
Əlaqə vasitələri:
Middle Frontend Developer (Next.js)
İşin təsviri:
- React.js və Next.js framework-lərindən istifadə edərək veb tətbiqlərin hazırlanması və optimizasiyası;
- Komponent əsaslı və təmiz kod yazılması;
- SSR (Server-Side Rendering) və ISR (Incremental Static Regeneration) kimi Next.js xüsusiyyətlərindən istifadə edərək performansın artırılması;
- Redux, Zustand və ya Context API kimi state management həlləri ilə işləmək;
- RESTful API və GraphQL ilə inteqrasiya;
- UI/UX dizayn prinsiplərinə uyğun olaraq adaptiv və responsiv interfeyslərin hazırlanması;
- Kodun test edilməsi və keyfiyyətinin təmin olunması;
- Komanda daxilində effektiv əməkdaşlıq və Agile/Scrum metodologiyası ilə işləmək.
Namizədə olan tələblər:
- Ali təhsil;
- 2+ il Frontend inkişafı üzrə təcrübə;
- 2+ il Next.js üzrə iş təcrübəsi;
- JavaScript (ES6+), TypeScript bilikləri;
- HTML5, CSS3, SCSS/SASS, Tailwind CSS və ya Material UI üzrə təcrübə;
- Node.js və Express.js ilə backend inkişafında təcrübə arzu olunandır;
- Git, GitHub/GitLab ilə iş təcrübəsi;
- Performance optimizasiyası və SEO əsaslı tətbiqlərin hazırlanması;
- İngilis dili biliyi arzu olunandır.
Üstünlük verilən namizədlər:
- Mikrofrontend memarlığı ilə təcrübəsi olanlar;
- CI/CD və DevOps proseslərində iştirak etmiş namizədlər;
- AWS, Vercel və ya Netlify kimi hosting platformaları ilə işləmiş namizədlər.
İş şəraiti:
- İş yeri: Zərifə Əliyeva, 56, Yeni Həyat Plaza
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
- İş saatı: I-V günlər, 09:00-18:00.