Fortis Construction

Şirkət haqqında:
Fortis tikinti şirkəti daşınmaz əmlak bazarında öz innovativ layihələri, tikinti prosesində tətbiq etdiyi Avropa texnologiyaları, eləcə də ucaltdığı binaların Bakı şəhərinə xas memari ənənələri əks etdirən orijinal üslubla fərqlənir.
Əlaqə vasitələri:
Texniki ofisin baş mühəndisi
Öhdəliklər
- Tender sənədlərinin incələnməsi və qiymətləndirmə üçün lazim ola biləcək detalların toplanması;
- Layihələrin araşdırılması və Layihəyə əsasən BoQ tərtib edilməsi (BoQ üzrə biliklərə sahib olma üstünlükdür) ;
- Layihələrdə lazım olan məlumat və materialların yığılması;
- Texniki və material hesabatlarının hazırlanması;
- MAR, INF, MOS və s. sənədlərinin hazırlanması;
- Yerinə yetirilmiş işlərin smeta və layihəyə uyğun yerinə yetirilməsinin yoxlanılması;
- Forma 2 və Forma 3-lərin hazırlanması;
- Yerinə yetirilmiş işlərin smeta və layihəyə uyğun yerinə yetirilməsinin yoxlanılması;
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis;Rus dili - yaxşı;
- MS Office (Word, Excel və s.) Autocad, yüksək səviyyədə bilmək;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- İnşaat norma və qaydalarını bilməlidir;
- Kollektivi idarəetmə vərdişləri, işgüzar ünsiyyətin və danışıqların aparılmasının üsul və metodları, daxili əmək intizamı qaydaları üzrə biliklər;
- Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmaq, planlama qabiliyyəti,
- Problemləri həll etmək bacarığına malik olmaq;
- Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri
Əmək haqqı: Namizədin bilik, iş təcrübəsi və şəxsi keyfiyyətləri əsasında təyin olunacaq