Caspian Services Group

Şirkət haqqında:
Bu gün biz Azərbaycanda hava platformaları, qayçı tipli qaldırıcılar, yükləyicilər, forkliftlər və digər materiallar / tikinti texnikası ilə məşğul olan aparıcı şirkətlərdən biriyik. Avadanlıqların icarəsinə əlavə olaraq, bizim bilik və bacarığımızı əsl ehtiyat hissələrinin təmin edilməsi və tam istehsalçı təmir prosedurlarına riayət etməsi üçün Müştərilərimizin maşınlarına ehtiyat hissələrinin / xidmətinin təmin edilməsinə başlamışıq.
Şirkət ISO 9001: 2008-Keyfiyyət və təminat standartına uyğun olaraq qiymətləndirilmiş və qeydiyyatdan keçmişdir.
Əlaqə vasitələri:
Fəhlə
İş şəraiti:
- İş rejimi: Tam
- İş yeri / Müsahibə yeri: 1045 Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ Vaqif Mirzəyev (Ofisimiz Aviasiya Akademiyasına yaxın, yol kənarında əlverişli məkanda yerləşir). Ofisə ictimai nəqliyyat və şəxsi avtomobillə rahat gediş mümkündür.
İş şərtləri:
- Stabil iş
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Aylıq əmək haqqı: 600 manat (xalis);
- İş saatı 1-5-ci günlər 08:00-dan 17:00-a kimi
- İstirahət: Şənbə, Bazar günü
- İcbari sığorta
- Mehriban kollektiv
Tələblər:
- Bu sahə üzrə 1-2 il iş təcrübəsi olmalıdır;
- Sahə üzrə biliklərə və praktik bacarıqlara malik olmalıdır;
- Sağlam, intizamlı, məsuliyyətli, çalışqan, diqqətli, ehtiyatlı, ünsiyyətcil, nəzakətli olmalıdır;
- Geyim qaydalarına və geyim formasına riayət etmək;
- Tək və komandada işləmə bacarığı olmalı;
- Təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir;
- İş yerimizə yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcəkdir (Binə, Qala, Hövsan, Mərdəkan və ətraf yaşayış məntəqələri)
Peşə öhdəlikləri:
- Peşə təlimatına, KSƏTƏMM, İR və şirkətin daxili qaydalarına riayət etmək;
- Tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün digər şöbələrlə işin əlaqələndirilməsini təmin etmək, daimi əlaqə saxlamaq;
- Verilən tapşırıqları operativ şəkildə icra etmək;
- Xüsusi geyim və şəxsi qoruyucu vasitələrdən istifadə etmək;
- Sanitar və gigiyena normalarına əməl etmək;
- Görülən işlər barədə hesabatlar təqdim etmək;
- Peşə fəaliyyəti ilə əlaqədar digər vəzifələri yerinə yetirmək;
- Əməyin mühafizəsi, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etmək.
Qeyd:
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
- Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində “Fəhlə” göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
- Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.