IMA Energy

Şirkət haqqında:
IMA Energy QSC 2009-cı ildə elektrik layihələndirmə sənayesinə yeni bir səviyyədə peşəkarlıq gətirmək məqsədi ilə yaradılmışdır. İxtisaslı və təcrübəli işçi heyəti ilə biz müştərilərin ehtiyaclarını hər zaman təmin etməyə borcluyuq. Sağlamlıq və təhlükəsizliyin müvafiq qanunvericiliyinə uyğun olaraq, mühəndislərimiz riskin qiymətləndirilməsinə uyğun olaraq həyata keçirilən bütün quraşdırma işləri ilə təlim keçmişdir. İMA Energy şirkəti həm iri, həm də, orta miqyaslı layihələrdə əməliyyat xidmətlərini göstərmişdir.
Əlaqə vasitələri:
Anbardar üzrə Mütəxəssis
Ünvan: Yasamal rayonu, Royal Park Yaşayış Kompleksi,
Vəzifə öhdəlikləri:
- Anbarın gündəlik fəaliyyətinin idarə olunması;
- Malların qəbulu, yerləşdirilməsi, saxlanması və verilməsi;
- Anbar uçotunun aparılması və mütəmadi inventarizasiya işlərinin həyata keçirilməsi;
- Malların hərəkəti üzrə müvafiq sənədlərin (qaimə, tələbnamə və s.) hazırlanması;
- Anbarın səliqə-səhmanına və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət;
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
Tələblər:
- Anbar sahəsində minimum 3 il iş təcrübəsi;
- 1C proqramında sərbəst işləmək bacarığı;
- Excel və digər ofis proqramlarını yaxşı bilmək;
- Anbar təsərrüfatı və uçotu qaydalarını bilmək;
- Malların düzgün qəbulu, verilməsi və saxlanma şərtlərini bilmək;
- Inventarizasiya qaydalarını bilmək və həyata keçirmək bacarığı;
- Məsuliyyətli, dəqiq və operativ işləmə bacarığı;
- Komandada işləmə və hesabatlılıq bacarığı.
İş şərtləri:
- Əmək haqqı: müsahibə əsasında razılaşma ilə;
- İş qrafiki: 09:00 – 17:00;
- Nahar fasiləsi: 13:00 – 14:00;
- 6 günlük iş rejimi.