Azersun Holding

Şirkət haqqında:

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.

Qida sektorunda  Azərbaycanın istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq" tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir. Sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir.

"Azərsun Holdinq" fəaliyyətə başladığı gündən ölkənin inkişafı üçün yalnız iqtisadi sahədə atılan addımların yetərli olmadığını görür, həyata keçirilən iqtisadi layihələrin toplumların mədəni dəyərlərinə və sosial həyat vərdişlərinə söykənmədən, ondan ilham almadan reallaşmayacağına inanır. Bu dəyərli mirasın ərsəyə gəlməsi, qorunması və gənclərə ötürülməsi yönündə "Azərsun Holdinq" öhdəsinə götürdüyü missiyanı bu gün də eyni həyəcanla yerinə yetirməkdədir. "Azərsun Holdinq", Azərbaycanı Azərbaycan edən mədəni dəyərləri yalnız ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi missiyasının bir hissəsi kimi qəbul edir.

Əlaqə vasitələri:

İş mükəmməliyyət üzrə mütəxəssis (OpEx)

Müəssisə: SUN-TEA ÇAY FABRIKI MMC

Tələblər:

  • Ali Təhsil : Sənaye Mühəndisliyi, Sənayenin Təşkili və İdarə Edilməsi, Proses Mühəndisliyi və ya digər texniki mühəndislik ixtisasları üzrə
  • Qida və ya qeyri-qida istehsalat sahəsində minimum 3 il peşəkar iş təcrübəsi
  • MES üzrə təcrübə tələb olunur
  • Lean, Six Sigma, TPM və proses idarəçiliyi sahələrində nəzəri və praktiki biliklər
  • Proseslərin təkmilləşdirilməsi, statistik proses nəzarəti, israfların azaldılması və KPI-ların idarə olunması sahələrində bilik və təcrübə
  • MS Excel, MS PowerPoint, MS Visio və Power BI proqramlarını yüksək səviyyədə istifadə bacarığı
  • İstehsalat avadanlıqları və istehsal prosesləri haqqında yetərli texniki məlumat və anlayışlar
  • Türk və İngilis dillərində ünsiyyət bacarığı
  • Yenilikçi yanaşma, təşəbbüskarlıq, yüksək məsuliyyət və komandada effektiv işləmək bacarığı
  • Güclü təqdimat bacarıqlarına malik olmaq
  • Analitik düşünmə və problem həll etmə bacarıqları
  • B kateqoriyalı sürücülük vəsiqəsi

Əsas vəzifə öhdəlikləri:

  • Daxili proseslərin optimallaşdırılması və davamlı inkişaf layihələrində iştirak etmək
  • Məlumatların təhlili və proses performans indikatorlarının (KPI) izlənilməsi
  • Lean, Six Sigma, 5S, Kaizen kimi metodologiyaların tətbiqinə dəstək vermək
  • Əməkdaşlardan daxil olan Kaizen təkliflərinin qiymətləndirilməsi və tətbiqi imkanlarının araşdırılması
  • Kaizen, Kobetsu Kaizen, 5S, Avtonom Baxım kimi Lean alətlərinin həyata keçirilməsi və izlənməsi
  • Məlumatların toplanması, təhlili və aylıq/rüblük hesabatların hazırlanması
  • Təlimlərdə və daxili təşəbbüslərdə aktiv iştirak etmək
  • Tərəfimizdən veriləcək təlimlər və toplanacaq təcrübə əsasında işçilərə tədrislər vermək
  • İstehsalat müəssisələrində Yalın İstehsal metodlarının tətbiqi ilə istehsalat proseslərinin təkmilləşdirilməsini və itkilərin azaldılmasını təmin etmək
  • İstehsalat müəssisələrindən əldə edilən hesabatlara əsasən data analizi aparmaq və nəticələri təhlil etmək
  • İstehsal və OPEX komandaları ilə əməkdaşlıq edərək mədəni transformasiyaya dəstək vermək
  • MES, IoT, Data Analytics kimi yeni texnologiya və rəqəmsal həllərin tətbiqində iştirak etmək

İş şəraiti:

  • 5 günlük iş qrafiki
  • Nahar və servis şirkət tərəfindən qarşılanır
  • İş Yeri: Bakı

  • Bizi izləyin:

İş üçün müraciət edin

Müraciət edin

Xəyalındakı işi umano.az ilə tap