ASİS Hüquq Şirkəti

Şirkət haqqında:
Bakı şəhərində hüquq sahəsində fəaliyyət göstərir, hüquqi şəxslərin (şirkətlərin) hüquqi təminat işlərini aparırır
Əlaqə vasitələri:
Hüquqşünas
Hüquqi biliklərini inkişaf etdirmək və gələcəkdə peşəkar hüquqşünas kimi fəaliyyət göstərmək istəyənlər üçün əla imkan!
İşəgötürən: ASIS CONSULTING Hüquq Şirkəti MMC
Vəzifə öhdəlikləri:
- Daxil olmuş sorğuların və müraciətlərin cavablandırılması, peşəkar hüquqi məsləhətlərin verilməsi;
- Müqavilələrin hazırlanması və müqavilə-tərtibat işinin təşkili;
- Hüquqi sənədlərlə işləmək, sənədlərin hazırlanmasında iştirak etmək, sistemləşdirmək və arxivləşdirmək;
- Dövlət orqanlarına göndərilən məktub və müraciətlərin hazırlanması və vaxtında göndərilməsinin təmin edilməsi;
- Müştərilərə hüquqi xidmətlərin göstərilməsində iştirak;
- Mübahisəli məsələlərin məhkəməyə qədər həllində iştirak;
- Məhkəmə işləri üzrə sənədlərin hazırlanması (ərizə, vəsatət, şikayət, iddia ərizəsi, apellyasiya və kassasiya şikayətlərinin layihələrinin tərtibində iştirak);
- Şirkət rəhbərliyi tərəfindən verilən gündəlik tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi.
Namizədə tələblər:
- Ali hüquqi təhsil;
- Hüquqşünas vəzifəsi üzrə minimum 3 il iş təcrübəsi (Logistika, İstehsalat və Xidmət sahələrində təcrübə arzuolunandır);
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı (xüsusilə Word proqramında dəqiq və sürətli yazmaq bacarığı);
- Ofis avadanlıqları ilə işləmək bacarığı (printer, skaner və s.);
- Təşkilatçılıq, analitik düşüncə və sənədlərlə işləmə bacarığı;
- Vətəndaşlarla ünsiyyət və müştəri yönümlü yanaşma;
- Komandada işləmə və stres altında effektiv fəaliyyət göstərmə bacarığı;
- Ezamiyyətlərə hazır olmaq.
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst
- Rus dili – arzuolunandır
- İngilis dili – arzuolunandır
Namizədin bilməli olduğu normativ baza:
- Əmək Məcəlləsi
- Mülki Məcəllə
- Vergi Məcəlləsi
- İnzibati Xətalar Məcəlləsi
- Qida Təhlükəsizliyi Qaydaları
- Kargüzarlığın aparılması qaydaları
- Satınalmalar haqqında Qanun
- Beynəlxalq Incoterms şərtləri
İş şəraiti
- Əmək haqqı: 1500 – 2000 AZN
- İş yeri: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi 8
- İş qrafiki: Bazar ertəsi – Cümə, saat 10:00 – 19:00 (Nahar fasiləsi: 14:00 – 15:00)