189 Taxi

Şirkət haqqında:
189 TAXI xidməti Bakıda ilk taksi sifarişi xidmətidir. Sifarişlər 189 nömrəli Çağrı Mərkəzi, 189taxi.az saytı və Android və iOS mobil tətbiqləri vasitəsi ilə həftənin 7 günü, günün 24 saatı qəbul edilir. Sumqayıt şəhərinin sakinləri də *0189 nömrəsinə zəng edərək taksi sifariş edə bilərlər.
189 TAXI xidməti 2009-cu ilin dekabr ayından etibarən Bakıda fəaliyyət göstərir. Bu tarix ərzində, şirkətdə 15,000-dən artıq sürücü qeydiyyatdan keçmişdir.
Əlaqə vasitələri:
Sürücü cəlbi üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Şirkətin balansında olan nəqliyyat vasitələri üçün sürücülərin cəlb olunması
- Potensial sürücülərlə aktiv əlaqə qurmaq, müsahibələrin keçirilməsi
- Sürücülərə əmək şərtləri, plan sistemi və iş prosesi barədə dolğün məlumat vermək
- Bazar araşdırması aparmaq və yeni cəlbetmə kanallarını tətbiq etmək
Tələblər:
- Ali və ya orta ixtisas təhsili
- Satış sahəsində minimum 1 il təcrübə
- Yüksək ünsiyyət və inandırma bacarığı
- Sosial şəbəkələrdən (TikTok, Instagram və s.) aktiv istifadə bacarığı
- Məsuliyyətli və nəticəyönümlü iş yanaşması
- Bu sahədə təcrübə üstünlükdür
Şərtlər:
- İş qrafiki: 5 günlük, 09:00 – 18:00
- İş yeri: Nəqliyyat mərkəzinin ofisi
- Əmək haqqı + bonus sistemi