Nur Collection

Şirkət haqqında:
Nur Collection MMC 2021-ci ildən etibarən öz yerli geyim brendini yaradaraq qadın və uşaq geyimləri istehsalına başlamışdır.
Əlaqə vasitələri:
Sətəm üzrə mütəxəssis
Əmək haqqı: Müsahibə zamanı müəyyənləşəcəkdir.
İş şəraiti:
- Ünvan: Abşeron rayonu Əliağa Vahid 1B
- 5 günlük iş həftəsi, 6-cı gün növbəli
- Nahar fasiləsi: 13:00-14:00,
- Nahar müəssisə tərəfindən təmin edilir.
Əsas öhdəliklər:
- İş yerlərində əməyin təhlükəsizliyi və sağlamlıq standartlarının tətbiqini təmin etmək
- Risklərin qiymətləndirilməsi, insidentlərin araşdırılması və hesabatların hazırlanması
- İşçilərə SƏTƏM üzrə təlim və maarifləndirmə keçirmək
- Yanğın təhlükəsizliyi və fövqəladə hallar prosedurlarını izləmək
- Ətraf mühitin qorunması ilə bağlı fəaliyyətləri koordinasiya etmək
- Sənədləşməni aparmaq və müvafiq normativ tələblərə uyğun hesabatlar təqdim etmək
Namizədə tələblər:
- Ali təhsil (əməyin mühafizəsi, mühəndislik, texniki və ya ekoloji sahələr)
- Minimum 2-3 il SƏTƏM üzrə təcrübə, istehsalat və ya tekstil sahəsində üstünlük
- Əməyin təhlükəsizliyi, işçi sağlamlığı və ətraf mühitin mühafizəsi üzrə qanunvericilik və standartlar üzrə bilik
- Risklərin qiymətləndirilməsi və insidentlərin araşdırılması bacarığı
- Təlimlərin təşkili və işçilərin maarifləndirilməsi bacarığı
- Sənədləşmə və hesabat hazırlama bacarığı
Namizədin şəxsi keyfiyyətləri:
- Yüksək məsuliyyət və dəqiqlik
- Analitik düşünmə və problem həll etmə bacarığı
- Komanda ilə işləmə və nəzarət funksiyasını yerinə yetirmək bacarığı
- Təşəbbüskar, operativ və nəticəyönümlü olmaq
- Analitik düşüncə qabiliyyəti
Üstünlük verilən sahələr:
- Tekstil və ya istehsalat müəssisəsində SƏTƏM üzrə təcrübə
- ISO 45001 və ISO 14001 standartları üzrə bilik