Aksent Design Group

Şirkət haqqında:
Agentlik 1998-ci ildən reklam xidmətləri bazarında mövcuddur. Bu iyirmi illik davamlı bir rəqabət tarixidir və buna görə də reklam və çap dünyasında öz sözünü deyir. Rəqəmsal çap, çöl reklamları, çap məhsullarının dizaynı sahəsində geniş xidmətlər təqdim edirik, həmçinin müxtəlif suvenir məhsulları və digər təqdimat materialları istehsalı xidmətləri təklif edirik. İşin keyfiyyəti çap və reklam sahəsindəki təcrübəmiz müştərilərimizə bizimlə əməkdaşlıqdan gözlənilən effekti tam təmin etməyə imkan verir. Əməliyyat çapı, hər hansı bir reklam ideyasının sizin üçün ən yaxşı həlli ilə təmin edirik. Kiçik sifarişlər istisna deyil.
Əlaqə vasitələri:
İnteryer Dizayneri
Vəzifə öhdəlikləri:
- Verilən tapşırığı vaxtında və səlis icra etmək
- Müştərilərin istəyinə uyğun olaraq interyer və eksteryer dizayn layihəsini hazırlamaq
- Eskiz layihənin hazırlanması, işçi planı, elektrik planı, divar açılışlarını bacarmalı
- Divar açılışları (elevations), döşəmə planı, asma tavan/RCP, elektrik və işıqlandırma planları
- 3D vizuallaşdırma və fotoreal renderlərin hazırlanması (3Ds Max, V-Ray, SketchUp)
- Texniki çertyoj paketi (AutoCAD) və spesifikasiyaların tərtibi
Tələblər:
- Memarlıq və dizayn istiqaməti üzrə təhsil
- Dizayn sferasında 1 ildən az olmayan iş təcrübəsi
- 3D Max, Adobe Photoshop, AutoCAD, ArchiCAD, Corona Render proqramlarında peşəkar işləmə qabiliyyəti
- Divar açılışları üzrə dəqiq işləmə bacarığı
İş şəraiti:
- Əmək haqqı: 1200 AZN + hər müştəridən faiz
- İş qrafik: Bazar ertəsi – Cümə günü 10:00-dan 19:00-dək
- Şənbə günü 10:00-dan 15:00-dək
Müraciət üçün: CV və portfolio-nu mövzu hissəsində “İnteryer Dizayner” qeyd edərək göstərilən elektron poçt ünvanına göndərin.
Portfolio təqdim etməyən müraciətlər nəzərdən keçirilmir