Mühasib-operator
İş yeri – Kəlbəcər rayonu, İstisu qəsəbəsi.
İş barədə məlumat
- mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;
- elektron qaimə-fakturaları tərtib etmək və göndərmək;
- tələb olunan mallar üzrə sənədləri hazırlamaq;
- gündəlik qaimə və qəbzlərin işlənməsi və kompüterə köçürmək;
- anbara daxil olan və anbardan çıxan malların uçotunu aparmaq;
- Loqo Tiger proqramı üzrə günlük və aylıq sifariş hesabatları hazırlamaq;
- istehsal məsrəflərini (xammal, enerji, işçi haqqı) izləmək və aylıq/illik hesabatlar üçün məlumat toplamaq;
- mal-material və xidmət üzrə qəbul aktlarının, təhvil-təslim sənədlərinin və digər mühasibat sənədlərinin tərtibi və sistemə daxil edilməsi.
Namizədə tələblər
- İqtisadiyyat, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil;
- 1-2 il mühasibat sahəsində təcrübə (istehsalat müəssisələrində təcrübə üstünlükdür);
- MS Office (xüsusilə Excel) və mühasibat proqramları (1C, QuickBooks kimi) bilikləri;
- Səlis Azərbaycan dili, rus və ya ingilis dilləri orta səviyyədə;
- Diqqətli, məsuliyyətli və komanda ilə işləmə bacarığı;
- Maliyyə hesabatlığı sertifikatı (ACCA və ya digər) üstünlükdür.