FizzaPay

Şirkət haqqında:
“FizzaPay” ödəniş təşkilatı – hüquqi şəxslərin və vətəndaşların nağd və nağdsız ödənişlərini həyata keçirilməsini təmin edən çox funksiyalı platformadır. 2019-cu ildən fəaliyyət göstərən şirkət, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 28 avqust 2024-cü il tarixində verilmiş ÖT-007 saylı lisenziyasını əldə etmişdir. 27 yanvar 2025-ci ildə beynəlxalq PCI DSS (v.4.0.1) sertifikatı əldə edən şirkət, ödəniş məlumatlarının maksimum təhlükəsizlik standartlarına uyğun qorunmasını təmin edir. Sertifikat qlobal ödəniş sənayesinin ən ciddi təhlükəsizlik standartıdır.
Əlaqə vasitələri:
Təcrübəli Satış Meneceri
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin fintech məhsullarının və xidmətlərinin satış strategiyasını qurmaq və həyata keçirmək
- Yeni müştərilərin cəlb edilməsi, potensial partnyorlarla görüşlərin təşkili və müqavilələrin bağlanması
- Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığın idarə olunması və gücləndirilməsi
- Satış planlarının hazırlanması, yerinə yetirilməsi və rəhbərliyə hesabatların təqdim olunması
- Bazarın və rəqiblərin mütəmadi təhlili, yeni satış imkanlarının müəyyənləşdirilməsi
- Satış komandasına rəhbərlik etmək, motivasiya və inkişafına dəstək olmaq
- Şirkətin biznes inkişafında aktiv iştirak etmək
Namizəddən tələblər:
- Fintech və ya bank/ödəmə texnologiyaları sahəsində ən azı 3–5 il satış təcrübəsi
- Satış və danışıqlar üzrə güclü bacarıqlar, nəticəyə yönümlü yanaşma
- Komanda idarəetmə təcrübəsi üstünlükdür
- Analitik düşüncə, problem həll etmə bacarığı
- Azərbaycan və İngilis dillərində sərbəst danışıq və yazı bacarığı (Rus dili üstünlükdür)
- Yüksək məsuliyyət və müştəri yönümlü yanaşma
Bizim təklifimiz:
- 3000 AZN maaş + bonus
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
- Rahat və müasir iş mühiti