Şəbəkə İnzibatçısı (şəbəkə administrator)
Tələb Olunan Bilik və Bacarıqlar:
- Ali təhsil – İnformasiya texnologiyaları, kompüter elmləri, sistem mühəndisliyi və ya kompüter mühəndisliyi üzrə
- Cisco Certified Network Associate (CCNA) sertifikatı – tələb olunur
- HP Aruba avadanlığı ilə iş təcrübəsi – mütləqdir
- Şəbəkə inzibatçılığı sahəsində ən az 3 il iş təcrübəsi
- Palo Alto, Cisco və Fortinet avadanlıqları üzərində klaster (HA – High Availability) qurma və idarəetmə təcrübəsi
- Şəbəkə texnologiyaları və protokollar ilə işləmək bacarığının olması (SD-WAN, SDN, SD-Access, Ethernet, Wireless, QoS, STP, EtherChannel, P2P, SİP, HSRP, VRRP, GLBP, İPSec, GRE, İPS/İDS, VPN, TCP/IP, DHCP v.s)
- Şəbəkə problemlərinin təhlili və həllində güclü troubleshooting bacarığı
- Şəbəkə monitorinqi və hesabatlandırma alətləri ilə işləmə (Zabbix, Aruba, PRTG və s.)
- İnformasiya təhlükəsizliyi üzrə əsas anlayışlar və insidentlərlə işləmə təcrübəsi
- Prosedur yazmaq və texniki sənədləri hazırlamaq bacarığı
- Komandada işləmə, təşəbbüskarlıq və vaxtında nəticə vermə bacarığı
Əsas Vəzifə Öhdəlikləri:
- Şəbəkə sistemləri üçün yenilənmə planı hazırlamaq və müvafiq dəyişiklikləri tətbiq etmək
- Şəbəkə sistemlərində yaranan problemləri və fasilələri araşdırmaq və həll etmək
- Gündəlik və profilaktik şəbəkə baxışlarını və dəstəyini həyata keçirmək
- Şəbəkə performansı və təhlükəsizliyi ilə bağlı hesabatlar hazırlamaq
- Əməliyyatlar üzrə texniki prosedurlar və qaydalar tərtib etmək
- Şəbəkə infrastrukturuna dair monitorinq aparmaq və analiz etmək
- İnformasiya təhlükəsizliyi üzrə insidentləri aşkar etmək, təhlil etmək və hesabatlandırmaq
- HP Aruba şəbəkə avadanlıqlarının konfiqurasiyası və idarə olunması
- Azərbaycan dili, texniki səviyyədə ingilis dili biliyi.
Şəxsi keyfiyyətlər:
- Məsuliyyətlilik və operativlik
- Problem həll etmə bacarığı
- Dəqiqlik və texniki təfərrüatlara diqqət
- Yaxşı ünsiyyət və komandada işləmək qabiliyyəti
Təklif etdiyimiz:
- Peşəkar kollektivdə işləmək imkanı
- Bilik və bacarıqların inkişafı üçün təlimlər
- Karyera yüksəlişi imkanı
Şərtlər:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əməkhaqqı - Əməkhaqqı namizədin təcrübəsinə əsasən müəyyən ediləcək.