Satış koordinatoru
Əmək fəaliyyətinin məqsədi:
Təqdim olunan xidmətlərin keyfiyyətli şəkildə təşkili və müştəri məmnuniyyətinin təmin olunması məqsədilə, qrup rezervasiyaları və korporativ görüşlərin operativ və effektiv idarə olunmasını həyata keçirəcək peşəkar Satış Koordinatoru axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
- Qrup və tədbir sorğularının qəbul edilməsi, təhlili və uyğun təkliflərin hazırlanması;
- Müştərilərlə ilkin danışıqların aparılması, ehtiyacların dəqiq şəkildə müəyyənləşdirilməsi və uyğun həll yollarının təqdim edilməsi;
- Qrup rezervasiyalarının daxili sistemlərə düzgün və vaxtında daxil edilməsi;
- Müvafiq şöbələrlə sıx əməkdaşlıq edərək tədbirlərin koordinasiyalı şəkildə təşkili;
- Görüş və tədbirlərin həyata keçirilməsi müddətində müştəri ilə fasiləsiz əlaqənin saxlanılması və bütün prosesin nəzarətdə saxlanılması;
- Satışın artırılması və mövcud müştəri bazasının genişləndirilməsi məqsədilə təşəbbüskar təkliflərin hazırlanması və təqdim olunması.
Tələblər:
- Ali təhsil (turizm, biznesin idarə olunması və ya oxşar sahələr üzrə arzuolunandır);
- Otelçilik və ya korporativ satış sahəsində minimum 1 il iş təcrübəsi;
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;
- Azərbaycan, ingilis və rus dillərində səlis danışıq və yazı bacarığı;
- MS Office proqramları və rezervasiya sistemləri ilə işləmək bacarığı;
- Effektiv idarə etmək qabiliyyəti;
- Peşəkarlıq, məsuliyyət və komandada işləmək bacarığı.