GPS Solutions

Şirkət haqqında:
2013-cü ildə başlayan fəaliyyəti ərzində özünü etibarlı tərəfdaş və geniş spektrli xidmətlərin təchizatçısı kimi tanıtmış şirkətimiz Azərbaycanın dinamik surətdə inkişaf edən informasiya texnologiyaları sektorunda Nəqliyyatın İntellektual GPS Nəzarət sistemlərin inteqrasiyası, avadanlıq və proqram təminatının təchizatı və quraşdırılması üzrə xidmətlər göstərir.
“GPS Solutions” komandasının başlıca məqsədi istənilən müştərinin tələbatını maksimal həddə ödəyə biləcək nəqliyyat vasitələrinin yüksək keyfiyyətli monitorinq və nəzarət sisteminin yaradılmasıdır.
Biz bazarı öyrənərək, hər bir alt sistemi üçün ən mükəmməl həlləri götürüb birləşdirmişik və bu gün öz müştərilərimizə hazır, konkret məqsədlər üçün optimallaşdırılmış həllər təklif edirik.
Şirkət daim öz məhsullarını və həllərini təkmilləşdirir, istənilən biznes sahəsində istifadə üçün nəzərdə tutulmüş yeni təkliflər hazırlayır.
“GPS Solutions” şirkətinin işçiləri İT, GIS, M2M, GPS və naviqasiya sistemləri sahəsində yüksək ixtisaslı mütəxəssis və ekspertlərdir.
Şirkət İSO 9001-2008 uyğun olaraq sertifikatlaşdırılmışdır.
Əlaqə vasitələri:
Satış üzrə mütəxəssis
GPS xidmətlərinin Azərbaycanda aparıcı inteqratoru GPS Solutions MMC “Satış üzrə mütəxəssis” vəzifəsinə işçi qəbulu elan edir.
Vəzifə öhdəlikləri:
- Yeni müştəriləri cəlb etdirmək;
- Təqdimat və təkliflər hazırlamaq, xidmətlər ilə bağlı zəngləri cavablandırmaq;
- Sosial şəbəkələrdə daxil olan müraciətləri cavablandırmaq;
- Carı və potensial müştərilər ilə əlaqələr yaratmaq;
- Xidmətlərin satışına aid sorğuları cavablandırmaq, tələbə uyğun məhsullar təklif etmək.
Namizədə tələblər:
- Komandada işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (arzuolunandır);
- Satış və ya müştəri xidmətləri sahəsi üzrə 1-2 il iş təcrübəsi olmalı;
- Müştərilər ilə diqqətli və səbrli davranmaq;
- Aktiv və ünsiyyətcil olub mükəmməl təqdimat bacarıqlı olmalı;
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək.
İş barədə məlumat:
- İş yeri: Bakı şəhəri
- Tam iş günü: I-V – 09.00-18.00, VI – 10.00-16.00
- Cinsi: kişi
- Əmək haqqı razılaşma yolu ilə