Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Şirkət haqqında:
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi özündə bağça-məktəb fəaliyyətini birləşdirən, ölkəmizdə fəaliyyət göstərən ən nüfuzlu, ilk özəl təhsil müəssisəsidir.
MTK 2001-ci il sentyabr ayının 1-də Ulu öndər, Ümummilli lider Heydər Əliyevin bilavasitə iştirakı ilə açılmışdır. Kompleksin peşəkar heyəti olaraq açılış mərasimində Ulu öndərin təhsil, məktəb, müəllim haqqında dediyi sözləri, verdiyi tövsiyələri əsas tutaraq bu məsuliyyəti öz üzərimizə götürürük. Əsas vəzifəmizin bizə əmanət etdiyiniz ən əziz və dəyərli saydığınız varlığın - uşaqların, gənc nəslin dövrün, cəmiyyətin tələbinə uyğun olaraq düzgün tərbiyəsindən, azərbaycanlı mənliyini, azərbaycançılıq ideyalarını özündə birləşdirən hərtərəfli inkişaf etmiş, layiqli övlad olmasından qürur duyduğunu hər yerdə müxtəlif dillərdə bəyan edə biləcək bir nəslin yetişdirilməsindən ibarət olduğunu bilirik.
MTK – dostluğun çox böyük bir əhəmiyyət kəsb etdiyi, əməkdaşlar və şagirdlər arasında qarşılıqlı hörmətin olduğu, xoşbəxt bir ailə ab-havasını hiss etdirən bir evdir. Bu ailənin hər bir üzvü uşaqların intellektual maraq, emosional stabillik və mənəvi hədəflərə əsaslanan güclü şəxsiyyət kimi yetişməsinə kömək edir. Biz şagirdlərimizin sürətlə qloballaşan bir dünyada yaşaması, oxuması və işləməsi üçün lazım olacaq intellektual, şəxsi,emosional və sosial bacarıqlarını inkişaf etdiririk.
Əlaqə vasitələri:
Rus bölməsi üzrə Biologiya müəllimi (Tam və ya yarım ştat)
Tələblər:
- Tələb olunan ixtisas üzrə bakalavr və ya magistr dərəcəsi;
- Azərbaycan və rus dillərində əla səviyyədə danışıq və yazı bacarığı;
- Tələb olunan sahə üzrə azı 2 illik tədris təcrübəsi;
- 13-16 yaş arası şagirdlərlə işləmək təcrübəsinə sahib olunması;
- Müstəqil və komanda şəklində işləmək bacarığı;
- Sinifdə nizam-intizamı təmin etmək və valideynlərlə səmərəli əməkdaşlıq bacarığı;
- MS Office proqramlarını (Word, Excel, Outlook və MS Teams) bilmək və işləmə təcrübəsi;
- Biologiya fənni üzrə Milli Kurikulum biliklərinin yüksək səviyyədə olması;
- Dərs planlaşdırılması və fərqləndirmə prinsiplərini aydın şəkildə başa düşmək
Öhdəliklər:
- Dərs planlarının hazırlanması, fənn üzrə tam tədris spektrinin həyata keçirilməsi, şagirdlərin akademik inkişafının qiymətləndirilməsi və təhlili;
- Şagirdlər üçün mehriban, zəngin və stimullaşdırıcı tədris mühiti yaratmaq məqsədilə sinif otağının və tədris resurslarının səmərəli təşkili;
- Azərbaycan və Rusiya milli kurikulumlarının tələblərinə uyğun olaraq, şagirdlərə yüksək keyfiyyətli tədris və təlimin təmin edilməsi;
- Tədris materiallarının, proqramlarının, tədris metodlarının və pedaqoji yanaşmaların hazırlanması və davamlı şəkildə təkmilləşdirilməsi;
- Şagirdlərin tədris nailiyyətləri barədə valideynlərlə dəqiq, aydın və peşəkar ünsiyyətin qurulması.
We offer:
- Rəqabətə davamlı əməkhaqqı
- Məktəbin yeməkxanasında nahar imkanı
- Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
- Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki, hr@mtk.edu.az və hr.cv@mtk.edu.az ünvanlarına CV formalarını göndərsinlər.