AZ International Import Company

Şirkət haqqında:
Şirkət beynəlxalq səviyyəli spirtli içkilərin distribyusiyası və satışı ilə məşğuldur.
Əlaqə vasitələri:
Baş mühasib
Tələblər:
- Ali təhsil (mühasibat uçotu, iqtisadiyyat, maliyyə) ;
- 1C 8.3 proqramından sərbəst istifadə bacarığı;
- Mühasibat uçotunun bütün sahələrini tam bilmək;
- Rus dili biliyi mütləqdir;
- Ticarət sahəsində Baş mühasib vəzifəsində praktiki təcrübəyə sahib namizədlərə üstünlük verilir.
Vəzifə öhdəlikləri:
- Maliyyə və mühasibat uçotunun aparılması (Vergi Məcəlləsi, MHBS və digər normativlərə uyğun);
- Gündəlik mühasibat əməliyyatlarının (alqı-satqı, kassa, bank, əsas vəsaitlər, anbar) düzgün uçotunun təmin edilməsi;
- İşçilərin əmək haqlarının hesablanması (məzuniyyət, mükafat, kompensasiya və digər ödənişlər);
- Statistika hesabatlarının düzgün və vaxtında hazırlanması;
- Maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə dəqiqliklə təqdim edilməsi;
- Vergi hesabatlarının hazırlanması və təqdim olunması;
- Rəhbərliyin verdiyi digər tapşırıq və göstərişlərini yerinə yetirmək;
- Audit və yoxlamalar zamanı hesabatların təqdim edilməsi və izahların verilməsi.
- 1C 8.3 proqramında mühasibat uçotunun təşkili.
Əlavə məlumat:
- İş qrafiki: 5/2, 9.00-dan 18.00-dək
- Əmək haqqı: başlanğıc 1500 AZN (ə/h artandır)
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.