N1 Çörək Zavodu

Şirkət haqqında:
“Xəzri TN” MMC-yə məxsus ümumi sahəsi 3 hektara yaxın olan №1 Çörək Zavodunun tikintisinə 2012-ci ildə başlanmışdır. Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən, ən müasir standartlara cavab verən zavodun açılışı 18 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirakı ilə həyata keçirilmişdir.
Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi üçün zavod Almaniyanın Werner & Pfleiderer şirkətinə məxsus ən son texnologiya və avadanlıqlarla təchiz olunmuşdur.
Günlük istehsal gücü 150 ton olan çörək zavodunda istehsal prosesi tam avtomatlaşdırılmışdır.
Əlaqə vasitələri:
Elektrik mühəndisi
İş Yeri: № 1 Çörək Zavodu
İş məkanı: Bakı, Əhmədli
Tələblər:
- Təhsil: Ali təhsil (Elektrik mühəndisliyi üzrə üstünlükdür ).
- Analitik düşünmə, araşdırma və komanda ilə işləmə bacarıqları.
- İş təcrübəsi: Minimum 1 il
İş barədə məlumat:
- Növbə ərzində istehsal prosesinin fasiləsiz işini təmin etmək üçün elektrik və avtomatika ilə bağlı problemlərin həll edilməsi
- İş əmrlərinə əsasən elektrik və elektronik təmir və ya montaj işlərinin icrası
- Növbə ərzində istehsal prosesinin dayanıqlığının təmini üçün istismar avadanlıqlarının, bütün ölçmə cihazlarının texniki təmirinin icrası
- Qəza duruşlarında elektrik nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması
- Həftəlik, aylıq və illik elektrik təmir işlərinin plana uyğun yerinə yetirilməsi
- Avadanlıqların quraşdırılmasını və təmirini bacarmalı
- Kabellərin növlərini, təyinatlarını bilməli və tətbiqinə dair təcürbəyə malik olmalı
- Elektrik çertyojlarına bələd olmalı, onları oxumağı, izah etməyi və iş prosesində tətbiq etməyi bacarmalı
- Sahəyə müvafiq elektrik alət və avadanlıqlardan, xüsusi vasitələrdən sərbəst və təhlükəsiz istifadə bacarığı olmalı
- Müxtəlif ölçüdə kabellərin quraşdırılması və bağlanmasını bilməli
- Zavodun təhlükəsizlik qaydalarına əməl etməli və öhdəlik götürməli
İş Şərtləri
- Əmək haqqı: 940 azn
- İş rejimi: Növbəli
- Nahar şirkət tərəfindən təmin olunur