Payız-74

Şirkət haqqında:
Hədəfimiz
- “Payız-74” olaraq əsas hədəfimiz – Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışında milli dəyərlərə sadiq, etibarlı və müasir bir brend kimi möhkəmlənməkdir. Biz müştərilərimiz üçün sadəcə satış məkanı deyil, həm də keyfiyyət, əlçatanlıq və etimadın simvolu olmağı qarşıya məqsəd qoymuşuq.
Vizyonumuz
- 1997-ci ildən fəaliyyət göstərən “Payız-74” mağazalar şəbəkəsi uzun illərdir müştəri məmnuniyyəti və keyfiyyətli xidmət prinsipləri ilə bazarda seçilən mövqeyə sahibdir. Son iki ildə təqdim etdiyimiz öz marka məhsullarımız sayəsində müştərilərimizə daha fərqli seçim və üstün alış-veriş təcrübəsi bəxş edirik. Vizyonumuz – seçilən keyfiyyət, münasib qiymət və etibarlı xidmət dəyərlərini qoruyaraq, Azərbaycanın ən güvənilən pərakəndə brendlərindən biri kimi davamlı inkişaf etməkdir.
Missiyamız
- Bizim missiyamız – beynəlxalq standartlara uyğun xidmət göstərməklə yanaşı, müştərilərimizə innovativ, əlçatan və yüksək keyfiyyətli məhsullar təqdim etməkdir. “Payız-74” hər bir ailə üçün münasib qiymətlər, rahat alış veriş və güvənli seçim deməkdir. Bizim üçün mağaza yalnız satış yeri deyil, həm də müştərilərimizin həyatına dəyər qatan bir brenddir.
Dəyərlərimiz
- Dürüstlük – Məhsul keyfiyyəti, qiymətlər və müştəri xidmətində həmişə doğru və etibarlı olmaq;
- Şəffaflıq – Müştəri ilə açıq və səmimi ünsiyyət, hər hansı məlumatı düzgün və vaxtında təqdim etmək;
- Rahatlıq – Mağazada alış-veriş prosesinin sadə və stresssiz olması, müştəriyə vaxt və rahatlıq qazandırmaq;
- Əlçatanlıq – Məhsulların keyfiyyətli və münasib qiymətlərlə bütün müştərilər üçün əlçatan olması;
Əlaqə vasitələri:
Mağaza müdiri
İşin təsviri
- Mağaza müdiri mağazanın gündəlik idarəçiliyinə cavabdeh olaraq bütün əməliyyat proseslərinə nəzarət edir və işlərin düzgün təşkilini təmin edir;
- Tabeliyində olan əməkdaşların fəaliyyətini izləyir, iş bölgüsünü aparır, onları motivasiya edir və komandanın inkişafına dəstək olur;
- Məhsulların saxlanma şəraitinə, keyfiyyətinə və bitmə müddətlərinə mütəmadi nəzarət edir;
- Mağaza daxilində məhsul düzülüşünün və brend tələblərinə uyğun vizual standartların qorunmasına diqqət yetirir;
- Müştəri xidmətinin keyfiyyətinə nəzarət edir, müraciətlərin, şikayətlərin və çətin situasiyaların peşəkar həllini təmin edir;
- Günlük, həftəlik və aylıq satış hədəflərini müəyyənləşdirir, icrasına nəzarət edir və satışların artırılması üçün təşəbbüslər irəli sürür;
- Satış göstəriciləri, ehtiyaclar və mağazanın fəaliyyəti barədə hesabatlar hazırlayaraq rəhbərliyə təqdim edir;
- Malların sifarişini həyata keçirir, stok idarəçiliyini və inventar yoxlamalarını təşkil edir, düzgün uçotun aparılmasını təmin edir;
- Supervayzerdən daxil olan yoxlama siyahılarını təkrar analiz edir, şübhəli məhsulların təsdiqi üçün fotoşəkilləri WhatsApp qrupuna göndərir və nəzərdən qaçan səhvlərin aradan qaldırılmasına nəzarət edir;
- Zəruri hallarda rəhbərliyin tapşırığına əsasən rəqib mağazaların fəaliyyətini izləyir və təhlil aparır;
- Mağazada yaranan bütün problemləri vaxtında həll edir, lazım gəldikdə onların səbəbləri və həlli yolları barədə rəhbərliyə operativ məlumat verir;
- İşçi heyətinin davamiyyətinə, intizamına və iş keyfiyyətinə nəzarət edir;
- Satışların artırılması üçün kampaniyaların və təşviqat tədbirlərinin təşkili və nəticələrinin izlənməsini təmin edir;
- Mağaza xərclərinin optimallaşdırılması və büdcə planlamasında iştirak edir;
- Təhlükəsizlik, sanitar-gigiyena və əməyin mühafizəsi qaydalarına riayət olunmasını təmin edir;
- Şirkətin daxili siyasət və prosedurlarına uyğunluğa nəzarət edir;
- Müştəri loyallığının artırılması üçün yeni ideyalar və təşəbbüslər irəli sürür;
- Rəhbərliyin verdiyi bütün xüsusi tapşırıqların vaxtında və keyfiyyətli icrasını təmin edir;
Tələb olunan bilik və bacarıqlar:
- Pərakəndə satış və mağaza idarəçiliyi prinsipləri;
- Məhsul idarəçiliyi, stok və inventar nəzarəti;
- Müştəri xidməti standartları və müştəri məmnuniyyəti artırma üsulları;
- Satış planlaşdırma və satış analizi;
- Maliyyə və büdcə idarəçiliyi əsasları;
- Əmək qanunvericiliyi və əməyin mühafizəsi qaydaları;
- Korporativ siyasət və prosedurlar;
- Vizual merchandising və brend standartları;
- Kampaniyaların və təşviqat tədbirlərinin təşkili;
- Komanda idarəçiliyi və liderlik bacarığı;
- Problem həll etmə və qərarvermə bacarığı;
- Effektiv ünsiyyət və münaqişələrin idarə olunması;
- Analitik düşüncə və hesabat hazırlamaq bacarığı;
- Təşkilatçılıq və vaxtın səmərəli idarə edilməsi;
- Rəqib və bazar monitorinqi aparmaq bacarığı;
- Stressli situasiyalarda operativ və peşəkar qərar vermək;
- Texnologiyalardan istifadə (MS Office, POS sistemləri, 1C, WhatsApp və digər işçi kommunikasiya vasitələri)
Əlavə məlumatlar:
- İş yeri: Qax şəhəri
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı: Stabil maaş + bonus sistemi