166 Yükdaşıma və Logistika

Şirkət haqqında:
2012-ci ildə fəaliyyətinə bir neçə yük maşını ilə başlayan “166 Yükdaşıma və Logistika” brendi hazırda yükdaşıma və logistika sahəsi üzrə ölkənin qabaqcıl şirkətlərindən biridir. Yüklərin daşınması yalnız ölkədaxili sərhədlərlə məhdudlaşmır, həmçinin beynəlxalq arenada da həyata keçirilir.
Daim müştərilərimizin xidmətində olmaq və operativ xidmət göstərmək məqsədilə 166 qaynar xəttimiz 7/24 ölkənin istənilən nöqtəsindən zəngləri qəbul edir.
Göstərdiyimiz xidmətin müştərilərimizə rahat və əlçatan olması məqsədilə xidmət sahələrimiz genişlənməyə davam edir. Şirkətimiz yükdaşıma sahəsi ilə fəaliyyətə başlasa da, hazırda müxtəlif kompleks xidmətləri – yükdaşıma, logistika, evakuasiya, işçi qüvvəsi, usta, anbar, təmizlik və xalça yuma xidmətlərini müştərilərinə təqdim edib.
Xidmətlərimizin daha əlçatan olması üçün sərfəli qiymət və hər bir bölgəyə xidmət anlayışları ilə çalışırıq.
166 brendi altında fəaliyyət göstərən hər bir xidmətin keyfiyyətinin ölçülməsi bizim üçün olduqca vacibdir. Bu məqsədlə, mütəmadi olaraq müştərilərimizin göstərilən xidmətlər üzrə fikirlərini öyrənir, təklif və iradlarına əsasən xidmət keyfiyyətini daim təkmilləşdiririk. (ISO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi, ISO 45001:2018 - Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi və ISO 14001:2015 - Ətraf Mühitin İdarəetmə sistemi üzrə beynəlxalq sertifikatları)
Əlaqə vasitələri:
PHP Laravel Developer
166 Yükdaşıma və Logistika şirkəti “PHP Laravel Developer” vakansiyası elan edir.
Tələblər:
- Minimum 2 il PHP və Laravel təcrübəsi;
- OOP prinsipləri və dizayn patternləri haqqında bilik;
- MySQL/MariaDB ilə işləmə təcrübəsi (müəyyən səviyyədə query
optimizasiyası); - Blade template engine, Eloquent ORM və Laravel paketləri ilə işləmə bacarığı;
- Git və versiya nəzarət sistemlərindən istifadə təcrübəsi;
- REST API hazırlama və üçüncü tərəf API-lərlə inteqrasiya təcrübəsi;
- HTML5, CSS3, JavaScript (jQuery) üzrə biliklər;
- Composer, Artisan CLI və Laravel-in digər əsas alətlərindən istifadə təcrübəsi;
- Məsuliyyətli, operativ və komandada işləmə bacarığı
Vəzifə öhdəlikləri:
- PHP Laravel framework üzərində layihələrin hazırlanması və inkişaf etdirilməsi;
- Mövcud sistemlərin dəstəklənməsi və optimallaşdırılması;
- RESTful API-lərin hazırlanması və digər sistemlərlə inteqrasiya;
- Məlumat bazası (MySQL) üzərində sorğuların yazılması və optimallaşdırılması;
- Təmiz, təhlükəsiz və yaxşı sənədləşdirilmiş kod yazmaq;
- Komanda ilə sıx əməkdaşlıq edərək layihələrin vaxtında tamamlanmasına dəstək vermək,
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00;
- Əmək haqqı: 1000-1200 azn
- Ünvan: Zərifə Əliyeva 55.,Yeni Həyat Plaza