Core Construction

Şirkət haqqında:
"Core Construction" MMC yarandığı gündən bu günədək çox sayda müxtəlif istiqamətli tikinti, təmir, dizayn işləri həyata keçirib. İlk öncə işlərin keyfiyyət dəyəri rəhbər tutulduğuna görə, şirkətimizin davamlı uğurları bizi tikinti bazarında dəyərli tərəfdaş olaraq tanıtmışdır.
Azərbaycan Respublikasının qanunlarını və beynəlxalq normaları nəzərə alaraq istehlakçı tələblərinin ödənilməsi öhdəliyini yüksək kefiyyətlə yerinə yetirilir. Həmçinin şirkətimiz ətraf mühitin qorunması, sağlamlıq və əməyin təhlükəsizliyinin təmin edilməsi, eləcə də şirkətin davamlı inkişafına yönəldilmiş proqramların hazırlanmasını həyata keçirir.
Əlaqə vasitələri:
Direktor assistenti (Personal assistant)
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr;
- Komputer bilikləri: MS Office (Word, Power Point, Excel )– yaxşı;
- Dil bilikləri: Azərbaycan- Əla; Rus- Əla.
- Minimum təcrübəsi: 3 il (müvafiq sahə üzrə);
- Ehtiyac olduqda ezamiyyetə gedə bilməli;
- İngilis dili biliyi – üstünlükdür.
Fərdi keyfiyyət göstəriciləri:
- Dəqiqlik və detallara diqqətlilik;
- Yazılı və şifahi ünsiyyət;
- Məsuliyyətlilik;
- Operativlik;
- Komanda ilə işləmə bacarığı;
- Analitik düşünmə bacarığı
- Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
- Zamanın düzgün idarə edilməsi bacarıqları;
- Planlaşdırma və problem həll etmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Rəhbərin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrasına nəzarət;
- Direktorun gündəliyinin tutulması;
- İclasların təşkili və iclas protokolunun tərtib edilməsi;
- Keçiriləcək qəbulların və iclasların keçirilməsi üçün zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, iştirakçıların qəbulların və iclasların tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması) görmək;
- Email və telefon zənglərinin cavablandırılması;
- Lazım olan məlumatları Şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və hesabat hazırlamaq;
- Səyahət və iş yeməkləri ilə bağlı yerlərin bron edilməsi;
- Vakansiyaya uyğun digər vəzifə öhdəlikllərinin yerinə yetirilməsi.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı razılaşma əsasında;
- Korporativ telefon nömrəsi və danışıq paketi.
İş yeri: Bakı şəhəri, 7 mik.r. Dərnəgül metrosu. Elit Park