Bakı Dövlət Layihə İnsitutu

Şirkət haqqında:

Hər bir insan həyatı boyu dəfələrlə ömür yoluna nəzər salır, onu dəyərləndirməyə çalışır, mənalı anları iftixarla və xoş təəssüratlarla xatırlayır, yadda qalmayanların isə üzərindən tez ötüb keçməyə çalışır.

XX əsrin 30-cu illərində yaradılan və ötən dövr ərzində müvəffəqiyyətlə fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutu isə burada çalışan, fəaliyyət göstərən işçilər üçün şübhəsiz ömür yolunun ayrılmaz bir hissəsidir və bu ömür yolu həm acı, həm də şirin xatirələriylə, həm uğurları, həm də uğursuzluqları ilə çox əzizdir, dəyərlidir və nəhayət mənalıdır.

Çünki ən adi vəzifəni icra edən sıravi işçidən tutmuş ən uğurlu layihələrə imza atmış mütəxəssisədək hər kəs gördüyü işin dəyərini, əhəmiyyətini başa düşür, qururlanır və bundan mənəvi rahatlıq tapır.

Təsadüfi deyil ki, nə vaxtsa burada çalışmış istənilən işçi dünyanın harasında olmasından asılı olmayaraq doğma instituta bağlılığını qoruyub saxlayır və sanki bu əlaqələrdən bir enerji, stimul alır.

Bakı Dövlət Layihə İnstitutu xalqımızın yaratdığı digər maddi-mənəvi nümunələr kimi milli sərvətimizdir. Xüsusən müstəqillik qazandıqdan sonra qonşu dövlətlər və xalqların nailiyyətləri ilə tanış olduqca bu daha aydın dərk olunur.

Bu gün Bakı Dövlət Layihə İnstitutu öz tarixi ənənələrini məntiqi ardıcıllıqla və dövrümüzün reallıqları və çağırışları nəzərə alınmaqla davam etdirir. İnstitutda yeni bacarıqlı, istedadlı, iddialı gənclərin cəlb edilərək irəli çəkilməsi və təcrübəli mütəxəssislərin himayəsi altında yetişdirilməsi öz bəhrələrini verməkdədəir. Kollektiv isə öz tarixi ənənələrini, nailiyyətlərini və missiyasını davam etdirərək daha böyük uğura imza atmaq, Bakı şəhərinin yenidənqurma, tikinti və abadlaşdırma işlərinə yeni-yeni töhfələr vermək əzmindədir.

Əlaqə vasitələri:

Lahiyəçi konstruktor

Namizədə tələblər:

  • Təhsili: Ali texniki təhsil (konstruksiya mühəndisliyi, tikinti və ya əlaqədar sahə üzrə);
  • Təcrübə: Magistraturanın sonuncu kursu və məzunlar.
  • İxtisası: İnşaat mühəndisi;
  • Diplom işi: İnşaat konstruksiyaları; Tikintinin təşkili; Qruntlar mexanikası (İnşaat konstruksiyalarına üstünlük verilir);
  • Proqram bilikləri: AutoCAD proqramında sərbəst işləmə bacarığı; Lira 9.6 və ya Lira 10 və Lira Sapr proqramlarinda sadə sxemlərin yığılma bacarığı;
  • Biliklər: İnşaat konstruksiyalarının əsasları və İnşaat mexanikası üzrə müəyyən anlayışlara malik olmalı;
  • Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur; 

Üstünlük verilir:

  • Revit və Tekla Structures proqramlarında işləmək bacarığı;
  • Sap 2000 və ya digər konstruktiv hesab proqramları ilə tanışlıq;
  • Təcrübə proqramlarında iştirak etmiş olmaq;
  • Normativ sənədlərlə işləmək üzrə ilkin məlumat;
  • Komanda ilə işləmək, öyrənməyə həvəs və məsuliyyətlilik.

Vəzifə öhdəlikləri:

  • Layihələrin hazırlanmasında aparıcı konstruktora kömək etmək;
  • Konstruktiv cizgilərin tərtibi və texniki sənədlərin işlənməsi;
  • Material və konstruktiv həllərin araşdırılması;
  • Öyrədici layihə tapşırıqlarında iştirak.

İş barədə məlumat:

  • İş qrafiki: 09:00-18:00,  həftə içi 5 gün;
  • Əmək haqqı: razılaşma yolu ilə.
  • İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir.  

Ünvan: Bakı, Səbail rayonu, İstiqlaliyyət küçəsi 47, AZ1000

Əlaqə nömrəsi: +994 51 500 34 24

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap