TayqaTech LLC

Şirkət haqqında:
İnformasiya və Kommunikasiya sahəsində yenilikçi xidmətlər göstərən “TayqaTech” 2016-cı ildə fəaliyyətə başlayıb. Biz biznes mühitindəki gündəlik əməliyyatları sadələşdirməyə, rəqəmsal transformasiya yolunda şirkətin texnoloji tərfədaşı olaraq bu yolda innovativ həll və xidmətlər təqdim edirik.
Təqdim olunan həllərimiz həm bir-biri ilə, həm də şirkət idarəetməsində istifadə olunan həllərlə inteqrasiyalı şəkildə çalışmaqdadır. Beleliklə, şirkətin rəqəmsal transformasiyası prosesi həm sürətli həm də vahid platforma altında aparılır.
Hazırladığımız innovativ tətbiqlər minimum xərc və resursla yüksək səmərə əldə etməyə hesablanıb.
Peşəkar mütəxəssis komandasından ibarət “TayqaTech” Azərbaycan bazarındakı uğurları ilə yanaşı beynəlxalq şirkətlərlə də əməkdaşlıq edir.
Başlıca məqsədimiz beynəlxalq tələblərə cavab verən innovativ proqram təminatları ilə müştərilərin daimi rəqəmsal tərəfdaşına çevrilməkdir.
TayqaTech olaraq uğur hekayəmizi müştəri məmnuniyyəti üzərində qururuq.
Əlaqə vasitələri:
Software Support Intern
"Proqram təminatına dəstək" vəzifəsi üçün aşağıdakı bacarıqlara sahib gənc təcrübəçilər axtarırıq. Təcrübə proqramını uğurla başa vuran namizədlərə iş təklifi ediləcək.Dəstək göstəriləcək platformalar - TayqaSale və DigiTayqa hazırda ölkədə bir sıra aparıcı satış və distribusiya şirkətləri tərəfindən istifadə edilməkdədir. Təcrübə müddəti ərzində real iş praktikası, problemlər və testlər üzərindən lazımı bilik və bacarıqlara sahib olacaqsınız. Həmçinin dəstəklə əlaqəli olaraq proqramlaşdırma, layihə, məhsul, test və dəstək komandaları ilə sıx işləyəcəksiniz.
Görüləcək işlər:
- Müştəri sorğularının qəbul olumması və yerinə yetirilməsi
- Davam etməkdə olan layihələrdə texniki dəstək
- Canlı və test mühitlərində texniki problemlərin araşdırılması və aradan qaldırılması
- Texniki loqlar əsasında problemlərin həlli, ehtiyac əsasında komanda yoldaşları ilə araşdırılması və yönləndirilməsi
- Müştərilərə vaxtında və dolğun şəkildə məlumatın bildirilməsi
- Müştərilərə təhvil veriləcək funksionallıqların təqdimatı və demo göstərişi etmək
Tələb olunur:
- Texniki sahə üzrə bakalavr dərəcəsi və ya hazırda bu sahə üzrə son təhsil ilində olmaq
- İngilis dili biliyi, texniki araşdırma aparmaq üçün kifayət edəcək səviyyədə
- İnformasiya və biznes idareetmə sistemləri ilə tanışlıq
- Araşdırma, analitik və həllə yönəli düşünmə bacarığı
- SQL biliyi (junior) və araşdırma üçün sadə sorğuların yazılması
- Həm şirkət səviyyəsində həm də fərdi şəkildə yüksək səviyyəli yazılı və şifahi ünsiyyət
- Komandada işləməyi bacarmaq, həvəsli və enerjili olmaq
Üstünlük veriləcək:
- ERP, CRM və biznes idarəetmə sistemləri ilə təcrübəsi olanlara
- Bənzər sahədə təcrübəsi olanlara
- Orta səviyyədə Rus dili biliyi
Qeydlər:
- Bu vakansiya yalnız proqram təminatına dəstək üzrə uzunmüddətli karyera qurmaq istəyən şəxslər üçün nəzərdə tutulub. Yaxın gələcəkdə proqramlaşdırma üzrə çalışmaq istəyən namizədlər üçün uyğun hesab edilməyə bilər.
- Yalnız CV forması uyğun olan namizədlər ilə əlaqə saxlanacaq və məlumat bildiriləcək.