RTTTYM – Çağırış üzrə tibb bacısı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan RTTTYM-ə Mərkəzi Çağrı xidmətinə Çağırış üzrə tibb bacısı vəzifəsi üzrə vakant yer elan edir:
İş yeri: Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi
Əməkhaqqı: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Orta ixtisas tibb təhsili;
- Sahə üzrə 1 il iş təcrübəsi;
- Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə);
- Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
- Operativlik
- Təmkinlilik
- Məsuliyyətlilik
- İntizamlılıq
- Ünsiyyət bacarığı.
İşin təsviri:
- Zənglər üzrə çağırışları qəbul etmək və onları müvafiq briqadalara düzgün çatdırmaq;
- Ərazi bölgüsünə əsasən briqadalara çağırışlar üzrə operativ rəhbərlik etmək və onların olduqları yeri nəzarətdə saxlamaq;
- Çağırışların təmin edilməsi üzrə işin operativliyinə nəzarət etmək;
- Çağırış qəbulu və ötürülməsi üzrə tibb heyəti ilə danışarkən verilən suallara aydın və qısa cavab vermək;
- Rəhbərliyi bütün fövqəladə hallarla bağlı məlumatlandırmaq.
Əlavə qeydlər: İş qrafiki: növbəli
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
- Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (RTTTYM – Çağırış üzrə tibb bacısı) qeyd olunmalıdır;