AT - Geotech MMC

Şirkət haqqında:
Geotechnical and Mining drilling. AT-Geotech the premier geotechnical company in Azerbaijan. Also provides soil lab testings, land surveying and ground geophysical surveys. Working with ISO, GOST and British Standards.
Əlaqə vasitələri:
Əmək haqqı üzrə mühasib
Vəzifə Öhdəlikləri:
- İşçilərin faktiki iş qrafikləri əsasında aylıq əmək haqqı, məzuniyyət ödənişləri, ezamiyyə sənədləri, xəstəlik vərəqəsi üzrə müavinətlər və digər ödənişlərin dəqiq və vaxtında hesablanmasının təmin edilməsi;
- Vergi, sosial sığorta və digər məcburi ödənişlərin düzgün hesablanaraq tutulması və aidiyyəti dövlət orqanlarına təqdim olunan dövri hesabatların hazırlanması;
- Əmək haqqı, məzuniyyət, ezamiyyə və s. ödənişlərin uyğun olaraq vaxtlı-vaxtında və düzgün şəkildə daxil olunmasının təmin edilməsi;
- Xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin və birdəfəlik ödənişlərin elektron portalda düzgün şəkildə rəsmləşdirilməsi;
- İşçilərin əməkhaqqısı ilə bağlı sorğularının cavablandırılması, zəruri arayış və məlumatların hazırlanması.
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə, Vergi və ya Mühasibat uçotu sahəsində);
- Əmək haqqı hesablanması üzrə minimum 1 il iş təcrübəsi;
- Vergi məcəlləsi və Əmək qanunvericiliyi, xüsusilə cəmlənmiş uçot və növbəli iş vaxtları, məzuniyyət və ezamiyyət hesablanması ilə bağlı biliklər;
- Microsoft Office proqramlarında (xüsusilə MS Excel) sərbəst işləmə bacarığı;
- Məsuliyyətli, operativ olmaq.
Əmək şəraiti:
- İş yeri: Xırdalan
- İş rejimi: 5 günlük
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: 800-1000 Azn