AZ Logistika and Management Services
Şirkət haqqında:
”AZ Logistika and Management Services” MMC 2009-cu ildən fəaliyyətə başlamış yerli şirkətdir. Şirkətin adı yeni müəssisənin, nəqliyyat və logistika xidmətlərinin geniş spektri üzrə inkişaf etməyə davam edən irimiqyaslı işgüzar fəaliyyəti əhatə edən strategiyasını əks etdirir.
Biz işimizi keyfiyyətin yüksək standartı ilə təmin edən ISO sertifikatlı şirkətik.
Əlaqə vasitələri:
Avtonəqliyyatın (minik,yük) təmiri üzrə Çilingər
Vəzifə öhdəlikləri:
- Servisə daxil olan avtomobillərə tələb olunan qaydada texniki baxışı icra etmək və mövcud mexaniki nasazlıqları aşkar etmək
- Yük və minik nəqliyyat vasitələrinin haqqında məlumatlı olmaq və detalların iş prinsiplərini bilmək
- Nəqliyyat vasitəsində yaranan problemlərin hansı səbəblərdən yaranmasını müəyyən etmək və təkrar olunmamasını təmin etmək məqsədilə tələb olunan diaqnostika prosedurlarını tətbiq etmək
- Aşkarlanan mexaniki nasazlıqları üst rəhbəri ilə təsdiqlədikdən sonra təmirə başlamaq
- Avtomobildəki nasazlıqları texniki təmir tələbinə uyğun aradan qaldırmaq
- Avtomobildə profilaktik təmirləri etmək və yoxlanışları həyata keçirmək
- Tələb olunan ehtiyat hissələrini anbardan qəbul edib avtomobilə quraşdırmaq
- Təhkim olunmuş alət və avadanlıqlara məsul olmaq
- Şirkətin daxili nizam-intizam qaydalarına riayət etmək,təmir işlərində əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarına , istehsalat sanitariyası qayda və normalarına riayət etmək
- Şirkət tərəfindən təşkil olunan ixtisası artırma yönümlü təlimlərində iştirak etmək
- Servis rəhbərinin verdiyi şifahi və yazılı tapşırıqları tələb olunan vaxtda yerinə yetirmək.
- Üst rəhbərinə görülən işlər barədə hesabat vermək
Tələblər:
- Avtomobil təmiri üzrə (yük və minik) çilingəri kimi ən azı 5 il iş təcrübəsi
- Nəqliyyat vasitələrinin mexaniki təmiri üzrə iş təcrübəsi
- Nizam-intizamlı
- Mühərrik işlərində səriştəsi olan ustalara üstünlük veriləcək
Şərtlər:
- 6 günlük iş norması
- Nahar şirkət tərəfindən verilir.
- İş yerinə çatdırılma üçün servis mövcuddur
- Əmək haqqı: razılaşma əsasında
- İş yeri: Qaradağ r-nu, Salyan şossesi