Azeri Express Services

Şirkət haqqında:
1995-ci ildə Anar Qəribov tərəfindən Bakıda təsis edilmiş Məhdud Məsuliyyətli kuryer xidmətləri və nəqliyyat şirkətiyik. 2018-ci ildən dünyanın ən böyük poçt şirkəti olan FedEx şirkətinin Azərbaycanda yeganə nümayəndəliyiyik. Beynəlxalq və ölkədaxili çatdırılmaları həyata keçirilir.
Əlaqə vasitələri:
Baş mühasib
İş şəraiti
- İş yeri: Bakı, Nərimanov rayonu, Yahya Bakuvi 84.
- İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00
Vəzifə öhdəlikləri:
- Müəssisənin mühasibat uçotunun təşkili və maliyyə fəaliyyətinə nəzarət
- Mühasibat sənədlərinin və hesabat formalarının hazırlanması və tətbiqi
- Təsərrüfat əməliyyatlarının uçotunun düzgün aparılması və hesabatların hazırlanması
- İlkin sənədlərin, hesablamaların, əmək haqqı fondunun və ödənişlərin yoxlanılması
- Mal-material və əsas vəsaitlərin uçotunun təşkili və xərclərin nəzarətdə saxlanılması
- Maliyyə və kredit əməliyyatlarının uçotunun təşkili
- Maya dəyəri, əmək haqqı, vergi və digər ödəniş sənədlərinin hazırlanması
- Mühasibat sənədlərinin düzgün saxlanılması
- Mühasibatlıq komandasına rəhbərlik və metodiki dəstək göstərilməsi
Tələb olunan bilik və bacarıqlar:
- Təhsil: Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə bakalavr dərəcəsi (mütləqdir);
- Sertifikasiya: PMS (mütləqdir); ACCA F3 və F7 olması üstünlükdür.
- İş təcrübəsi: Hesabatlılıq, maliyyə və ya mühasibatlıq sahəsində minimum 5 il;
- Dil bilikləri: Azərbaycan (ingilis və ya rus dili üstünlükdür)
- Aidiyyəti sahədə minimum 5 il iş təcrübəsi;
- Mühasibat uçotu və maliyyə hesabatları üzrə yüksək səviyyədə bilik və bacarıqlar;
- Vergi qanunvericiliyi və vergi hesabatlılığı üzrə yüksək səviyyədə bilik və bacarıqlar;
- Microsoft Office (Excel, Word) və 1C proqramlarında peşəkar səviyyədə işləmə bacarığı;
- Heyəti idarə etmə və komanda ilə işləmə bacarığı, icra intizamının yüksək səviyyədə olması;
- Əmək, mülki və s. qanunvericilik sahələri üzrə uçot yönümlü biliklər.
Kompüter bilikləri:
- MS Excel – yüksək səviyyə (formulalar, pivot, makrolar);
- 1C 8.3 proqramı – gündəlik hesabat və maliyyə əməliyyatlarının idarəsi üçün
Şəxsi keyfiyyətlər:
- Analitik düşüncə və detallara diqqət;
- Vaxtın idarə olunması və prioritetləşdirmə bacarığı;
- Yüksək məsuliyyət və komanda ilə işləmək qabiliyyəti;
- Operativlik və nəticəyönümlülük.