Alliance Legal Center MMC
Şirkət haqqında:
Alliance Legal Center (ALC), 2013-cü ildə təsis edilən və Azərbaycanın müasir hüquqi xidmətlər təklif edən ən qabaqcıl hüquq mərkəzlərindən biridir. Biz, yerli və beynəlxalq müştərilərimizə peşəkar hüquqi dəstək göstərməklə yanaşı, onların hüquqi ehtiyaclarını müasir dünya standartlarına uyğun şəkildə qarşılamaqdan məmnuniyyət duyuruq.
ALC, kommersiya və korporativ hüquq, vergi, bank və maliyyə, informasiya texnologiyaları, enerji, investisiya və ticarət, daşınmaz əmlak, intellektual mülkiyyət, miqrasiya və beynəlxalq ticarət hüququ kimi müxtəlif sahələri əhatə edən, bir neçə xarici dili mükəmməl səviyyədə bilən, yüksək ixtisaslı və zəngin təcrübəyə malik peşəkar mütəxəssislərdən ibarət komandası ilə seçilir.
Əlaqə vasitələri:
Hüquqşünas
"Alliance Legal Center” MMC korporativ və kommersiya hüququ sahəsində ixtisaslaşmış “Hüquqşünas” vakansiyasını elan edir.
İş vəzifələri:
- Hüquqi şəxslərin (kommersiya və qeyri-kommersiya), filial və nümayəndəliklərinin qeydiyyatı və fəaliyyətə başlaması üçün hüquqi dəstək və sənədlərin hazırlanması; Əqli mülkiyyət, miqrasiya və digər müvafiq qanunvericiliklə əlaqəli sənədlərin hazırlanması və dövlət qurumlarına müraciətlərin həyata keçirilməsi; Hüquqi sənədlərin təhlili, ekspertizası və təkmilləşdirilməsi; müqavilələrin hazırlanması, nəzərdən keçirilməsi və danışıqların aparılması; Hüquqi məsləhətlərin verilməsi, layihələrin hüquqi ekspertizası, və dövlət orqanlarında təmsilçilik.
Tələblər:
- Hüquq üzrə bakalavr və magistr dərəcələri;
- Azərbaycan, Rus dilinin yüksək səviyyədə bilmək;
- Ən azı 1 il peşəkar təcrübə, hüquq və prosedurlar sahəsində biliklər;
- Güclü analitik və tədqiqat bacarığı, yüksək ünsiyyət və komandada işləmək qabiliyyəti;
- Təşəbbüskarlıq və məsuliyyətlilik.
İş və şərait:
- İş qrafiki: həftədə 5 gün;
- İş saatı: 09:00-18:00.
- Ünvan: Nərimanov rayonu, Həsənoğlu küçəsi 4;
- Əmək haqqı: 1000 manat (net) və yüksək bonuslar.