Business Service Centre LTD
Şirkət haqqında:
“BSC Group” məhz bu dəyərlərə verdiyi önəmi sayəsində 1997-ci ildən hüquq, maliyyə, mühasibatlıq və insan resurları xidmətləri ilə Azərbaycanda ən tanınmış brend şirkətlərin etibarını qazanmışdır. Müxtəlif fəaliyyət sahəsindən olan müştərilərinin bizneslərinə göstərdiyi konsaltinq xidməti nəticəsində bir çox şirkətin uğurlarında “BSC Group”-un töhfəsi xüsusi olmuşdur. Məhz bunun məntiqi nəticəsində məmnun müştərilərin məsləhəti ilə “BSC Group” bir çox yeni yeni müştərilərin etibarını da qazana bilmişdir. Hal-hazırda təyinat və mürəkkəblik dərəcəsi fərqli olan 100-dən artıq şirkətlə uğurla əməkdaşlıq edir.
Əlaqə vasitələri:
Satış məsləhətçisi (Elektronika)
İş şəraiti:
- İş yeri: Sahara Electronics, Sədərək filialı
- İş rejimi: 09:00 – 18:00
- Əmək haqqı: 500 AZN + bonus sistemi
Vəzifə öhdəlikləri:
- Müştəriləri mağazada qarşılamaq, ehtiyaclarını müəyyənləşdirmək və uyğun elektronika məhsullarını təklif etmək;
- Məhsullar haqqında ətraflı məlumat vermək və texniki xüsusiyyətlərini izah etmək;
- Anbarda olan məhsullara nəzarət etmək və onların düzülüşünü təmin etmək;
- Kassaya qədər olan satış prosesini izləmək və müştəriyə dəstək göstərmək
- Satış hədəflərinə çatmaq üçün aktiv fəaliyyət göstərmək;
- Satış göstəricilərinin artırılması istiqamətində mağaza rəhbərinin tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Satış və müştəri xidməti sahəsində bacarıqlar
- Məhsulları təqdim etmək bacarığına malik olmaq;
- Elektronika məhsulları haqqında əsas biliklər;
- Aktiv, məsuliyyətli və ünsiyyətcil olmaq;