Azərbaycan Respublikasının Mərkəzi Bankı

Şirkət haqqında:

Azərbaycan Respublikasının Milli Bankı “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılmışdır. “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Milli Bankı” “Azərbaycan Respublikasının Mərkəzi Bankı” adlandırılmışdır. Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi Qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir. Əsas məqsədinə xələl gətirmədən Mərkəzi Bank maliyyə bazarlarını tənzimləyən qanunlarla müəyyən edilmiş səlahiyyətlər daxilində maliyyə sabitliyini təmin edir.

Əlaqə vasitələri:

Hüquq məsləhətçisi

Struktur bölmənin adı Maliyyə bazarlarının hüquqi təminatı departamenti / Kapital bazarlarının hüquqi təminatı şöbəsi

Hesabatlı olduğu vəzifə Şöbə rəisi

Vəzifənin funksiyaları:

  • Maliyyə bazarları üzrə qanunvericiliyin təkmilləşdirilməsində və müvafiq hüquqi aktların hazırlanmasında iştirak edir;
  • Qanunvericilik, o cümlədən maliyyə bazarları qanunvericiliyi üzrə yenilikləri daimi əsasda izləyir və təhlil edir;
  • Maliyyə bazarlarının müvafiq sahəsi üzrə beynəlxalq təcrübəni öyrənir, müqayisəli təhlil edir;
  • Mərkəzi Banka daxil olan hüquqi aktların layihələrini təhlil edir;
  • Rəhbərliyin tapşırıqları üzrə qanunvericiliyi təhlil edir;
  • Aparılan təhlil nəticələri ilə bağlı zəruri arayışlar, təqdimatlar, rəy və təkliflər hazırlayır;
  • Hüquqi məsələlərə dair Şöbəyə daxil olan müraciətlərə və sorğulara cavablar hazırlayır;
  • Şöbənin əməliyyat planlarının və büdcəsinin hazırlanmasında iştirak edir, əməliyyat planından irəli gələn üzərinə düşən vəzifələri icra edir;
  • Mərkəzi Bank tərəfindən qəbul edilən normativ xarakterli aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə müvafiq tədbirlər görür;
  • Şöbənin funksiyaları daxilində rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirir.

Davranış kompetensiyaları

  • Analitik təhlil etmə
  • Ünsiyyət qurma
  • İnnovativlik və kreativlik
  • Vaxtın idarəedilməsi

Təcrübə

  • Hüquqşünaslıq ixtisası üzrə ən azı 2 il iş təcrübəsi (iş təcrübəsinin azı 1 ili maliyyə bazarları sahələrində olan namizədlərə üstünlük veriləcəkdir)

Təhsil

  • Hüquqşünaslıq ixtisası üzrə bakalavr 

Dil bacarığı

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (orta səviyyədə), Rus dili (arzuolunandır)

Kompüter bacarıqları

  • MS Office proqramları (yaxşı səviyyədə)

  • Bizi izləyin:

İş üçün müraciət edin

Müraciət edin

Xəyalındakı işi umano.az ilə tap