Korporativ satış üzrə mütəxəssis
By Ruslan Pizza komandasına korporativ müştərilərlə işləməyi bacaran, satış sahəsində təcrübəli satış mütəxəssisi tələb olunur.
Əsas vəzifə öhdəlikləri:
- Korporativ müştərilərlə aktiv əlaqələrin qurulması və davamlılığının təmin olunması
- Yeni müştərilərin cəlb edilməsi və satış imkanlarının genişləndirilməsi
- Satış planının yerinə yetirilməsi və aylıq hədəflərə çatmaq
- Müştəri bazasının genişləndirilməsi və düzgün qeydiyyat aparılması
- Masterklasların təşkilatçılığı
Namizəddən gözləntilərimiz:
- Ali təhsil
- Korporativ satış sahəsində minimum 1-2 il iş təcrübəsi
- Yaxşı ünsiyyət və təqdimat bacarığı
- Aktiv, təşəbbüskar və nəticəyə yönəlik çalışma bacarığı
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (Rus və İngilis dili üstünlükdür)
Təklif edirik:
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- İş qrafiki: 09:00-18:00 bazar ertəsi-şənbə
- Şirkət tərəfindən korporativ nömrə verilir
- Əmək haqqı: 800 azn + bonuslar
- İş yeri: By Ruslan Pizza Əhmədli filialı - ofis şəraiti. (Əhmədli metrosunun yaxınlığı)