Satış meneceri
HoReCa sahəsində təcrübəsi olan satış meneceri axtarılır.
İş barədə məlumat:
- Şirkətin məhsullarının satışını təşkil etmək.
- Satış planlarının icrası və müəyyən olunmuş hədəflərə çatılması.
- Yeni müştərilərin cəlb olunması və mövcud müştəri bazasının genişləndirilməsi.
- Müştərilərə məhsullar barədə peşəkar məlumat və məsləhətlərin təqdim edilməsi.
- Bazar araşdırılmalarının aparılması, yeni imkanların müəyyən edilməsi və rəhbərliyə təkliflərin verilməsi.
- Görülmüş işlər barədə rəhbərliyə mütamadi hesabat vermək.
Namizədə tələblər:
- Xanım və bəy namizədlər.
- Satış sahəsində minimum 2 il təcrübə mütləqdir.
- Şəxsi avtomobil mütləqdir.
- Ezamiyyətlərə hazır olmalı.
- Bar və mətbəxlə əlaqəli məhsul satışı təcrübəsi arzuolunandır.
- Xarici dil bilikləri arzuolunandır.
- Müştəriyönümlü satış etmək bacarığı olmalı.
- Yaxşı ünsiyyət və təqdimat bacarığı.
- Aktiv, təşəbbüskar və nəticəyə yönəlik çalışma bacarığı.
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- İş vaxtı: 10:00 – 19:00 aralığında dəyişir.
- Əmək haqqı: 800-1000 AZN + satışdan bonus.
- Korporativ nömrə şirkət tərəfindən təmin olunur.
- Yanacaq xərcləri şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.